Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Azərbaycan daxilində hər hansı qruplaşmanın təxribat törətmək imkanı çox aşağı səviyyədədir

Mübariz Qurbanlı: Azərbaycan daxilində hər hansı qruplaşmanın təxribat törətmək imkanı çox aşağı səviyyədədir

30.01.2014 [09:51]

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı son vaxtlar bir qrup Azərbaycanlı gəncin qeyri-qanuni yollarla səfərbər olunaraq dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi məsələsinə münasibət bildirib.
YAP İcra katibinin müavini Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan əhalisi müsəlman xalqı olaraq dini təriqətlərin baş qaldırmasına imkan verməyib və bundan sonra da imkan verməyəcək: “Çünki İslamda dini təriqətin özü yolverilməzdir. İslam dini vahid dindir və bu din içərisində kimlərsə müxtəlif təriqətlər adı altında siyasətə qoşulmaq, dini pərdə arxasında gizlənərək müxtəlif siyasi və başqa niyyətlərini həyata keçirmək istəyirsə, o zaman buna xalq dəstək verməyəcək. Çünki İslam dini özü də bunun əleyhinədir”.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının zaman-zaman keçirdikləri əməliyyatlar nəticəsində bu cür dini qruplaşmaların fəallaşmasının qarşısı alınıb: “Əminəm ki, bundan sonra da onların qarşısı alınacaq. Çünki Azərbaycan dövləti çox güclüdür və xalqımz monolitdir. İndi Azərbaycan daxilində hər hansı qruplaşmanın təxribat törətmək imkanı çox aşağı səviyyədədir. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin çevik fəaliyyəti, həmçinin hüquq-mühafizə orqanlarının zamanında gördüyü profilaktik tədbirlər kənardan ölkəyə gətirilən və Azərbaycanda təxribatlar törətmək istəyən qüvvələri zərərsizləşdirməkdə mühüm rol oynayır.
Eyni zamanda Azərbaycanda hansısa radikal dini qruplaşmaların profilaktik olaraq qarşısının alınması üçün Bütün Qafqazın Şeyxinin ötəngünkü çıxışı çox vacib idi. Mən onun radikal dini qruplaşmaların Azərbaycanda fəallaşması ilə bağlı keçirdiyi narahatçılığı başa düşürəm. Çünki cənab Şeyx Qafqaz Müsəlmanları İdarəsinin sədri olaraq zamanında öz narahatlığını çatdırıb və dünənki toplantıda da fikirlərini açıqlayıb”.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31