Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İtaliyanın “Designboom” jurnalının saytında Bakı haqqında məqalə yerləşdirilib

İtaliyanın “Designboom” jurnalının saytında Bakı haqqında məqalə yerləşdirilib

28.01.2014 [09:05]

İtaliyanın “Designboom” jurnalının saytında Bakı şəhəri haqqında məqalə yerləşdirilib.
Yazıda qeyd olunur ki, paytaxt Bakının hər bir yerində Azərbaycanın sürətli inkişafının izlərini görmək mümkündür. Şəhərdə qədim tarix qorunub saxlanılmaqla, müasirlik istiqamətində də ciddi addımlar atılmaqdadır.
Məqalədə diqqətə çatdırılır ki, Bakı özünəməxsus memarlığı ilə fərqlənir. Şəhərin simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan alov dilləri formasında üç göydələndən ibarət “Alov qüllələri” Bakını daha da gözəlləşdirir. Son illər Odlar Yurdu Azərbaycanda aparılan quruculuq və abadlıq işləri nəticəsində inşa olunmuş “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir. Şəhərin ən hündür göydələnləri olan bu binalarda yerləşən ofis, mehmanxana, yaşayış evləri, restoranlar ən müasir standartlara cavab verir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.designboom.com/architecture/flame-towers-by-hok-illuminate-bakus-historic-waterfront-01-24-2014/

Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31