20 Yanvar xalqımızın mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub
18.01.2014 [08:41]
Binəqədi rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar sisilə tədbirlər keçirilib
Yanvarın 17-də Binəqədi rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iştirakçıları öncə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 20 Yanvarın Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu deyib. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxan igid oğul və qızlarımız sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl qəhrəmanlıq göstəriblər.
O da bildirilib ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığı ucbatından hər hansı qiymət verilməyən 20 yanvar hadisələri haqqında məlumatlar məhz Ümummilli lider Heydər Əliyevin çağırışı, xalqın səsinə səs verməsi sayəsində dünya ictimaiyyətinə çatdırıldı: “Ulu öndər Onu gözləyən bütün təhlükələrə, həyatına ola biləcək təhdidlərə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək ağır günündə Öz xalqının yanında oldu, onun səsinə səs verdi, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını ifşa etdi”.
X.İsgəndərov, həmçinin, vurğulayıb ki, 20 Yanvar faciəsini törətməklə xalqın iradəsini sındırmağa çalışan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər: “Əksinə, ölkəmiz hərtərəfli tərəqqiyə çatdı və Azərbaycan bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə azad, suveren dövlət kimi inkişafın və uğurun yüksək zirvələrini fəth etməkdədir”.
Tədbirin bədii hissəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısı X.İsgəndərovun 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüşü keçirilib. Səmimi mühitdə keçən görüşdə icra başçısı bir daha bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını deyib.
“20 Yanvar Cəmiyyəti”nin sədri Ağarza Xankişiyev çıxış edərək, rayon İcra Hakimiyyəti tərəfindən hər zaman rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan danışıb, ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirdən sonra 20 Yanvar əlillərinə və şəhid ailələrinə maddi yardım göstərilib.
Qeyd edək ki, Binəqədi rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar təşkil edilən silsilə tədbirlərin davamı olaraq Biləcəri qəsəbəsində yerləşən və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə yağışı” abidəsinin önündə mərasim keçirilib.
Eyni zamanda, 20 Yanvar şəhidi Rüstəm Əliyevin adını daşıyan Binəqədi rayonu, 3 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında “Yanvarın iyirminci günü” ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyətinin və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun birgə təşkilatçılığı ilə institutun akt zalında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda RİH-nin əməkdaşları, institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

