Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir

Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir

26.05.2026 [23:20]

Mayın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı ölkəmizin Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) uğurlu ev sahibliyi, yüksəksəviyyəli Pakistan nümayəndə heyətinin iştirakı məmnunluqla qeyd olunub.

Qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan–Pakistan münasibətlərinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyi vurğulanıb, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31