/ / Nüfuzlu “Pakistan Observer” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib
Nüfuzlu “Pakistan Observer” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib
08.01.2014 [08:59]
Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib. Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsində “İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli” adlı xüsusi məqaləsi çap olunub. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq etmiş parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilib.
Materialda Zahid Malik Prezident İlham Əliyevlə 2005-ci il aprelin 6-da görüşdüyünü və həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulayıb. Yazıda qeyd olunur ki, həmin görüşdə dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın tutduğu prinsipial mövqeyə görə minnətdarlığını bildirib.
Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilib. Zahid Malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunduğunu, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini diqqətə çatdırıb.
Müstəqil Azərbaycanın gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Zahid Malik yazır ki, İlham Əliyev 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilmiş ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilib. Bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıblar.
Məqalədə bildirilir ki, Qərbin aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olub. Yazıda deyilir ki, bu siyasətin davamı olaraq sonra neft və qazın nəqli marşrutları müəyyən edilib, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 milyard dollar məbləğində mənfəət əldə edib, bir vaxtlar qaz idxal edən Azərbaycan bu məhsulun ixracına başlayıb. Qeyd olunub ki, ölkədə tikilmiş 14 yeni elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatını tam təmin edib və eyni zamanda, ixrac imkanları yaradıb.
Yazıda ölkəmizin nəqliyyat siyasətindən də danışılır, Mərkəzi Asiya regionundan Avropaya mallarının daşınmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istismara verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat mərkəzinə çevriləcəyi bildirilir.
“Pakistan Observer”in məqaləsində qeyd edilir ki, hazırda Azərbaycan regionun ən böyük investoruna çevrilib. Materialda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, bu sahədə əldə edilmiş uğurlardan da söhbət açılır.
Zahid Malik Prezident İlham Əliyevin Azərbaycanın dövlət maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Pakistanla münasibətlərə xüsusi önəm verdiyini qeyd edib. Məqalədə bildirilir ki, iki ölkə arasında qədim tarixə, ümummilli, mədəni və dini dəyərlərə əsaslanan əlaqələr inkişaf etdirilir, dövlətlərimiz beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərinin mövqelərini dəstəkləyirlər.
Zahid Malik Pakistan ilə əlaqələrin yaradılması və inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu qeyd edib. Məqalədə deyilir ki, müdrik siyasi xadim, dərin biliyə malik olan İlham Əliyev, eyni zamanda, yüksək mədəniyyət sahibi və gözəl ailə başçısıdır.
Məqalənin sonunda qeyd edilir ki, Prezident İlham Əliyev regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində yüksək səylər göstərir.
Zahid Malik məqaləni bu sözlərlə bitirir: “Məhz sadalanan uğurlarına görə Azərbaycan Prezidenti İlham Əliyev “2013-cü ilin adamı” adına layiq görülmüşdür və bu münasibətlə Onu təbrik edir, bütün Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

