/ / “Volqoqradskaya pravda” qəzetində “Volqoqrad regionu Azərbaycanla dostluq əlaqələrini genişləndirir” sərlövhəli məqalə dərc edilib
“Volqoqradskaya pravda” qəzetində “Volqoqrad regionu Azərbaycanla dostluq əlaqələrini genişləndirir” sərlövhəli məqalə dərc edilib
26.12.2013 [09:54]
“Volqoqradskaya pravda” qəzetində jurnalist Yelena Danilinanın “Volqoqrad regionu Azərbaycanla dostluq əlaqələrini genişləndirir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Volqoqradda Azərbaycan-Rusiya dostluğunun rəmzi olan yeni parkın açılışından bəhs edilir. “Volqoqrad-Bakı” dostluq parkının açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Məqalədə qeyd edilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Volqoqradda səfərdə olarkən ona “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalı təntənəli şəraitdə təqdim edilib. Bu medal vilayətin sosial-iqtisadi inkişafına, mədəni, ictimai və xeyriyyə təşəbbüslərinin həyata keçirilməsinə böyük töhfə vermiş insanlara təqdim edilir. Volqoqrad regionunda Leyla Əliyeva bu fəxri nişana layiq görülmüş ilk əcnəbi vətəndaş olub.
Müəllif daha sonra qeyd edir ki, cari ilin iyun ayında Volqoqradda keçirilmiş IV beynəlxalq “Rusiya-Azərbaycan: regionlararası dialoq-2013” forumunun ilk günündə Azərbaycan və Rusiya nümayəndələri gələcək nəsillərə ünvanlanmış məktub qoyulmuş kapsulu Dostluq parkının təməlinə qoyublar.
Məqalədə deyilir: “Forumun keçirildiyi gündən yarım ildən az vaxt keçib. Mərkəzi mədəniyyət və istirahət parkının cənub hissəsində açılmış yeni “Volqoqrad-Bakı” dostluq parkı Volqoqradla Bakı arasında dostluğun və işgüzar əməkdaşlığın rəmzi olub. Havanın bir qədər şaxtalı olmasına baxmayaraq, yeni parkın təntənəli açılış mərasimi xüsusi səmimi şəraitdə keçib. Müxtəlif dinlərə etiqad edən insanlar, gənclər və yaşlı nəslin nümayəndələri yeni istirahət yerində toplaşıblar. Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva qeyd edib ki, Azərbaycan ilə Rusiyanı çoxillik dostluq telləri bağlayır. Bu ölkələr birlikdə çox gərgin, faciəli anlar yaşamışlar, lakin bununla bərabər, yaxşı günlər də çox olub. Leyla Əliyevanın sözlərinə görə Azərbaycan məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanıb, Bakıda Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün sosial-infrastruktur layihələrini inkişaf etdirir. Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə xüsusi diqqət yetirilir”.
Məqalədə qeyd edilir ki, Dostluq parkında Böyük Vətən müharibəsinin, habelə Stalinqrad döyüşünün iştirakçıları olmuş Sovet İttifaqı qəhrəmanlarının adları yazılmış və fotoşəkilləri vurulmuş stela fəxri yer tutur. Həmin stelanın ətəyində xalçanı xatırladan göy ot örtüyü salınıb, dibçəklərdə canlı güllər qoyulub ki, şanlı sovet əsgərlərinin xatirəsi hətta soyuq dekabr günlərində də unudulmasın. Parkın mərkəzi hissəsində tikilmiş böyük fəvvarə artıq üzümüzə gələn baharda volqoqradlıları sevindirəcək. Fəvvarənin yanında qoyulmuş skamyalarda əyləşib dincələnlər Bakının rəmzi sayılan Qız Qalasının kiçik ölçülü maketinə tamaşa edə bilərlər.
Məqalədə bu parkın açılış mərasimində iştirak etmiş Volqoqrad sakinləri ilə müsahibələr də yer alıb. Leyla Zeynalova parkın açılışına qardaşı Rafael ilə birlikdə gəlib. Onlar əslən Azərbaycandan olsalar da, Volqoqradı özlərinə doğma sayırlar, çünki bu şəhərdə doğulub boya-başa çatıblar. Tədbirin iştirakçısı Leyla Zeynalova deyir: “X-XI əsrlərə aid olan bu memarlıq abidəsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. İndi Volqoqradda da Qız Qalasının maketi vardır. Yəqin ki, təzə evlənənlərin çoxu buraya gələcəklər”.
Volqoqradın Mərkəz rayonundakı Ahıllar klubunun üzvü Larisa Brovikova “Volqoqradskaya pravda”nın müxbirinə deyib: “Biz klubun fəalları ilə birlikdə buraya gəlmişik ki, buradakı gözəl tikililərə tamaşa edək. Parkın girəcəyindəki çoxsaylı şamdanlar və tağ xüsusi ab-hava yaradır. Dostluq parkı adı çox düzgün seçilmişdir. Bu park bizə qəlbən çox yaxındır, çoxumuzun cavanlığı burada keçmişdir. İndi yenidən qurulmuş park Volqoqrad sakinlərinin yeni nəsillərini sevindirəcəkdir”.
Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin Planlaşdırma departamentinin rəisi Valeri Maksimovun sözlərinə görə bu parkın salınması iki ölkə rəhbərlərinin Azərbaycanla Rusiya arasında dostluq əlaqələrini və strateji münasibətləri inkişaf etdirmək əzmini nümayiş etdirir. O deyib: “İşgüzar və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə görülmüş işlərə görə Heydər Əliyev Fonduna və Volqoqrad vilayəti hökumətinə xüsusi təşəkkürümü bildirmək istərdim”.
Qəzet Volqoqraddakı 3 nömrəli gimnaziyada yeni idman meydançasının təqdimatı barədə yazır: “Bu meydança Heydər Əliyev Fondunun daha bir hədiyyəsidir. Uşaqlar burada basketbol, voleybol və futbol ilə məşğul ola biləcəklər. Meydançanın universal örtüyü istifadə üçün çox münasibdir. Çünki o, istidən və ya soyuqdan xarab olmur. Qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndə heyətinin qubernatoru Sergey Bojenov ilə rəsmi görüşündə Volqoqrad regionunda uşaqların dəstəklənməsinə yönəlmiş daha bir xeyriyyə layihəsi müzakirə edilmişdir. Söhbət Volqoqraddakı internatlardan birinin yenidən qurulmasından gedir. Bunun üçün eskiz artıq vilayət rəhbərliyinin müzakirəsinə təqdim edilmişdir”.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

