/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Həştərxanda III dərəcəli “Knyaginya Olqa” ordeni təqdim edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Həştərxanda III dərəcəli “Knyaginya Olqa” ordeni təqdim edilib
21.12.2013 [09:24]
Dekabrın 20-də Rusiya Federasiyası Həştərxan Vilayəti Qubernatorunun Administrasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli “Knyaginya Olqa” ordeninin təqdim edilməsi mərasimi olub.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxanda layihələr həyata keçirilməsi təşəbbüsünə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu yaxınlarda Azərbaycan paytaxtında Həştərxan-Bakı dostluq parkının və dostluq abidəsinin açılışı olub.
Qubernator deyib: “Bütün bunlar ölkələrimiz arasında sıx dostluq münasibətlərinin real təcəssümüdür. Bu, başqa dinlərə, mədəniyyətlərə və millətlərə hörmət nümunəsidir”.
Həştərxan və Qamızyaq mitropoliti İona qeyd edib ki, Azərbaycan Həştərxan vilayəti üçün çox işlər görüb. Mitropolit vurğulayıb: “Tanrıdan arzum budur ki, bu münasibətlər hər iki ölkəyə sevinc, firavanlıq bəxş etsin”.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli “Knyaginya Olqa” ordeninin təqdim edilməsi mərasimi keçirilib. Leyla Əliyevaya ordeni Həştərxan və Qamızyaq mitropoliti İona təqdim edib.
Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill özünün 2013-cü il 1 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə görə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni ilə təltif edib.
Daha sonra Həştərxandakı Heydər Əliyev adına məktəbin yanında uşaq bağçası tikiləcək yerdə xatirə kapsulu qoyulması üçün məktub imzalanıb. Məktubu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin imzalayıblar.
Leyla Əliyeva ona bu yüksək pravoslav mükafatının verilməsinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə təşəkkürünü bildirib.
Ölkələrimiz arasında uzun illər boyu dostluq və mehriban qonşuluq münasibətləri olduğunu qeyd edən Leyla Əliyeva vurğulayıb ki, Azərbaycanda böyük rus ədəbiyyatını, rus mədəniyyətini və dilini həmişə sevmişlər və sevirlər. O deyib: “Ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanmışdır, bizdə Rus Dram Teatrı, Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bakının küçələrində rus dilində danışan adamlara çox tez-tez rast gəlmək olar”.
Leyla Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondunun ilk nümayəndəliyi beş il bundan əvvəl məhz Rusiyada açılıb. O vurğulayıb ki, Fondun fəaliyyəti təhsil, idman, mədəniyyət, səhiyyə, ekologiya kimi çoxsaylı sahələri əhatə edir. Leyla Əliyeva deyib: “Fond təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də məktəblər tikintisinə böyük diqqət yetirir. O, Parisdə, Romada, Vatikanda memarlıq abidələrinin təmiri və bərpası ilə məşğul olur”.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Fond Rusiyada da çoxlu layihələr həyata keçirir. Leyla Əliyeva deyib ki, Fondun dəstəyi ilə Həştərxanda Rusiya-Azərbaycan dostluq parkı və dostluq körpüsü, məktəb, uşaq şəhərciyi açılıb. O, əmin olduğunu bildirib ki, nəzərdə tutulan layihələr uğurla həyata keçiriləcək.
Leyla Əliyeva vurğulayıb ki, Azərbaycanda müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri sülh və mehriban qonşuluq şəraitində yaşayırlar. Vitse-prezident qeyd edib ki, Heydər Əliyev Fondu məscidlər, sinaqoqlar, kilsələr tikintisini dəstəkləyir.
Qeyd edək ki, bu təltifin yüksək statusu onunla təsdiq edilir ki, həmin ordenlə kilsə, dövlət və cəmiyyət qarşısında müxtəlif sahələrdə xidmətləri olmuş qadınlar mükafatlandırılır. İndiyə qədər Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülüblər.
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

