ARDNŞ-ə qarşı qərəzli mövqe nümayiş etdirən “Global Witness” ifşa edildi
19.12.2013 [09:15]
Müxalifət mətbuatının daha bir anti-Azərbaycan kampaniyası iflasa uğradı
ARDNŞ-in fəaliyyətinə dair saxta və qərəzli hesabatla çıxış etmiş “Global Witness” adlı uydurma qurum böhtan və yalan informasiya yaydığına görə beynəlxalq şirkətlər tərəfindən məhkəməyə verilib. Əslində, ölkəmizə qarşı böyük yalanları ictimailəşdirməyə çalışan və bununla da dövlətimizə yönəlik ideoloji təxribatların iştirakçısına çevrilməklə anti-Azərbaycan qüvvələrin köləsinə çevrilən müxalifət mətbuatına bir “göz aydınlığı” düşür. Ona görə ki, “istinad etdikləri” beynəlxalq təşkilat əxlaqi normaları tapdalayan, qeyri-dürüst və saxta informasiyalarla gündəmi zəbt etmək istəyən bir fırıldaqçı təşkilat imiş.
İngiltərədə çıxan “The Guardian” qəzetinin 16 dekabr sayında verilən məlumata görə, israilli biznesmen Beni Ştaynmetsin BSGR hasilat şirkəti ötən həftə London məhkəməsində “Global Witness”ə qarşı iddia qaldırmışdır. Şirkət “Global Witness” tərəfindən “davamlı neqativ ictimai kampaniyaya” məruz qaldığını bildirir və “Global Witness”i informasiya qorunması haqlarının pozulmasında ittiham edir. İddiada bildirilir ki, “Global Witness” Birləşmiş Krallığın informasiya komissarının qərarına məhəl qoymayıb.
İddia ərizəsi Ştaynmets və BSGR ilə birgə fəaliyyət göstərən üç şirkət tərəfindən verilib. BSGR-in maliyyə işləri üzrə məsləhətçisi Dag Kramer deyir ki, onlar bir ildən artıqdır ki, bu cür nəticənin qarşısını almağa çalışıblar və “Global Witness”in xoş məqsədlər daşıdığına ümid ediblər. Amma təəssüf ki, bu təşkilat öz prinsiplərini də pozub. Şəffaflığı bütün prinsiplərdən üstün tutmasını iddia etdiyi halda özü şəffaflığa riayət etməyib, BSGR-in ona hansı məlumatlara malik olması barədə suallarını cavabsız qoyub.
BSGR 2012-2013-cü illərdə İnformasiyanın Qorunması Aktına əsasən “Global Witness”ə müraciət edib, Ştaynmets və həmkarları haqda hansı məlumatlara malik olmasını soruşub. Təşkilat buna cavab verməkdən imtina edib və informasiyanın jurnalist publikasiyaları məqsədilə gizli saxlandığını bildirib. “Global Witness” BSGR-in Qvineyada dünyanın ən böyük dəmir filizi yatağı olan Simandunu hansı yollarla əldə etdiyini araşdırdığını, həmçinin, təhqiqat zamanı rüşvət və ciddi korrupsiya faktlarının meydana çıxdığını, BSGR-in hələ də Simandu sazişinin mühüm aspektlərini açıqlamadığını bildirir. Güman olunur ki, məhkəmə bu mübahisəyə dair ədalətli araşdırma aparıb, haqlı qərar çıxaracaq.
Bu da ARDNŞ-ə qarşı qərəzli mövqe nümayiş etdirən bir fırıldaqçı beynəlxalq təşkilatın ifşası. ARDNŞ-in də bəyanatında göstərildiyi kimi bu qondarma hesabatda biznes-partnyorların seçilməsi ilə bağlı əks olunan fikirlər mahiyyətcə ARDNŞ-in dünyada artan nüfuzuna xələl gətirmək cəhddir.
Əslində, “Global Witness” təşkilatının bəyanatı öz qeyri-dəqiq məlumat bazasına əsaslanır və istifadə olunmuş məlumatlar təhrif edilmiş qaydada ötürülür. ARDNŞ-in də bəyanatında göstərildiyi kimi, o bütün növ hasilat və emal layihələri ilə məşğul olan şaquli inteqrasiya olunmuş şirkətdir: neft və qaz yataqlarının hasilatı, neftin, qazın və qaz kondensatının istehsalı, emalı və daşınması, neftin və neft-kimya məhsullarının daxili və xarici bazarlarda marketinqi, təbii qazın Azərbaycanda və xaricdə təchizatı ilə məşğuldur.
ARDNŞ regionun və dünyanın iri neft və qaz şirkətlərdən biri olaraq Azərbaycanda və onun hüdudlarından kənarda öz layihələrini həyata keçirərkən geniş işgüzar əhatəyə malik olan partnyorlarla əməkdaşlıq edir. Bu zaman həyata keçirilən layihələrin həcmindən asılı olaraq, ARDNŞ-in partnyorları bir qayda olaraq iri şirkətlər və ya holdinq qrupları olur. Bu təcrübə ARDNŞ ilə müqayisə oluna biləcək digər şirkətlər üçün də səciyyəvidir.
Bununla yanaşı, müasir praktikada biznesin həyata keçirilməsində ticarət, istehsalat və digər risklərin qarşısını almaq üçün ayrı-ayrı layihələrdə ixtisaslaşmış şirkətlərin təsis olunması tələb edilir. ARDNŞ-in əməkdaşlıq etdiyi şirkətlərin sayının çoxluğu bununla izah olunur. Məhz bu cür diversifikasiyalı yanaşma strukturuna müxtəlif ölkələrdə təsis olunmuş şirkətləri özündə birləşdirən dünyanın bir çox iri neft şirkətlərində də rast gəlinir. Bütün bu yuxarıda qeyd olunanlar, ARDNŞ-in əməkdaşlıq etdiyi şirkətlərin sayı ilə bağlı məsələyə aydınlıq gətirilməsinə xidmət edir.
Əslində, ARDNŞ-in beynəlxalq bir brendə çevrilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir desək yanılmarıq. Eyni zamanda, ARDNŞ-in məhz dünyanı iqtisadi nailiyyətləri və xüsusən sərmayələri ilə fəth etməsi bir dövlət proqramı idi və buna Prezident İlham Əliyevin tövsiyələri ilə 2007-ci ildən başlanılmışdır. Məqsəd inkişaf etmiş Azərbaycan dövlətinin artıq çərçivədən çıxaraq sərmayələr yatıran ölkəyə çevrilməsini təmin etmək idi. Bu sahədə ilk olaraq ARDNŞ böyük bir yolu qısa müddətdə qət etdi.
Qeyd edək ki, o vaxta qədər neftimiz xam məhsul şəklində müxtəlif yerlərdə yerləşən terminallardan FOB şərtləri üzrə beynəlxalq treydinq və təchizat şirkətləri vasitəsilə satılırdı. Bu praktika istifadə olunan dövrdə Azərbaycan nefti brend markalı neftdən daha aşağı qiymətə satılırdı. 2008-ci ildə ARDNŞ Azərbaycan neftinin marketinqi üzərində nəzarəti ələ almağa və bu xam neft həcmlərini birbaşa son istifadəçilərə, xüsusilə də Avropa, Asiya və Amerika üzrə çatdırmağa dair qərar qəbul etdi.
Bununla da şirkət Azərbaycanın xam neft ixracının dəyərini artırmış və ARDNŞ qrupu üçün əlavə imkanlar qazandırmışdır. Treydinq əməliyyatlarının daha da genişlənməsi və diversifikasiya edilməsi məqsədilə ARDNŞ dünyanın treydinq mərkəzlərində, o cümlədən Cenevrə, Sinqapur, Vyetnam, Dubay, Lagos, Nyu-York, Qahirə və İstanbulda ofislər əldə etmişdir.
Şirkətin bəyanatında xüsusi qeyd edilir ki, layihənin başlanğıc xarakterini və riskləri əvvəlcədən hesablamaq üzrə hazırlığın olmaması səbəbindən, ARDNŞ geniş təcrübələrini və daha əlverişli kommersiya şərtləri üzrə maliyyələşdirmə təqdim edə biləcək tərəfdaşlar cəlb etməliydi.
Beləliklə göründüyü kimi, müxalifət mətbuatının qarnının ağrısı ARDNŞ haqqnda həqiqətləri axtarmaq deyil, ARDNŞ-in qısa müddət ərzində beynəlxalq brendə çevrilməsini həzm edə bilməmələridir. ARDNŞ-in beynəlxalq nüfuzu bu gün Azərbaycanın dostları üçün qürurvericidirsə, düşmənləri üçün öldürücü reallıqdır. Şirkətin bundan sonrakı inkişafı isə həm ölkə xaricində, həm də daxildəki antimilli qüvvələri daha da qıcıqlandırmaqda davam edəcək.
Sonda qeyd edək ki, onların uydurmalarına inananlar ona görə yoxdur ki, sözlərinin kəsəri və dəyəri yoxdur. Olması üçün jurnalistikanın qızıl prinsipləri- dəqiqlik, qərəsizlik və obyekivlik kimi amillərə önəm vermələri lazımdır. Amma neyləyəsən ki, bu onlarda kasaddır. Necə deyərlər, Məkkəyə gedən dəvədən hacı olmadığı kimi, hər əlinə qələm alandan da jurnalist olmaz.
Elçin Zaman,
“İki sahil”
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

