Ölkəmizin daha bir beynəlxalq uğuru
18.12.2013 [09:15]
Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında Müqaviləyə tərəf dövlətlərin Assambleyasının Büro üzvü seçilib
9-11 dekabr tarixlərində Tailand Krallığının Banqkok şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında Müqaviləyə tərəf dövlətlərin II Assambleyası keçirilib. Tədbirdə müqaviləyə tərəf olan 29 dövlətin və 11 müşahidəçi dövlətin yüksək səviyyəli nümayəndə heyətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Assambleyada Azərbaycan Respublikasını vergilər nazirinin müavini Sahib Ələkbərovun başçılıq etdiyi, Vergilər Nazirliyi, Baş Prokurorluq və ölkəmizin Avstriyada yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.
Assambleyanın açılışında Tailandın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komissiyasının prezidenti Panthep Klanarongran və Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı direktoru Martin Kreutner çıxış ediblər. Çıxışlarda Akademiyanın inkişafı ilə bağlı görülən işlərdən və gələcək planlardan danışılıb, qısa müddət ərzində təşkilatın beynəlxalq nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığı, Akademiyanın BMT Baş Assambleyası yanında müşahidəçi statusu alması ilə bağlı prosedurların yekunlaşmaqda olduğu vurğulanıb.
Assambleyanın ilk sessiyasında aparılan geniş müzakirələrdə Malayziya, Makedoniya və Mərakeşin daxili işlər nazirləri, Monqolustanın xarici işlər naziri, Avstriyanın xarici işlər nazirinin müavini, həmçinin, Rusiya, Macarıstan, Çin, Braziliya, İndoneziya və digər ölkələrin yüksək səviyyəli rəsmiləri çıxış ediblər. Çıxışlarda əsasən korrupsiyanın təzahür formaları, ona qarşı mübarizədə müxtəlif milli təcrübələr, habelə Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyətinə dəstək verilməsi mövzusunda fikirlər səsləndirilib.
İlk sessiyada çıxış edən Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar və inkişaf etməkdə olan beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verərək, 2005-ci ildən etibarən Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyət göstərdiyini, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradıldığını, müvafiq dövlət proqramlarının, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə, həmçinin, Açıq Hökumətin təşviq olunmasına dair yeni Milli Fəaliyyət planlarının qəbul edildiyini bildirib. S.Ələkbərov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu, əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatların, o cümlədən BMT, Avropa İttifaqı və Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarında təqdir olunduğunu da vurğulayıb.
Bildirilib ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizənin vacib elementi kimi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə və onların əlçatan olmasına xüsusi önəm verir. Buna misal olaraq, 2012-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin - ASAN xidmət mərkəzlərinin fəaliyyəti, onların xidmətlərindən, eləcə də ölkəmizin vergi orqanlarının elektron xidmətlərindən yararlanan vətəndaşların sayının gündən-günə artdığı göstərilib.
Tədbir iştirakçılarına məlumat verilib ki, Vergilər Nazirliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyası arasında 2012-ci ilin fevral ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində geniş əməkdaşlıq edilir. Ötən müddət ərzində vergi xidmətində tətbiq edilmiş yeni informasiya texnologiyaları sayəsində vergi ödəyiciləri ilə iş prosesləri tamamilə elektronlaşdırılıb ki, bu da vətəndaş-məmur təmaslarının minimallaşdırılmasına və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılmasına xidmət edir. Bildirilib ki, Vergilər Nazirliyi ölkəmizdə elektron dövlət quruculuğunda fəal iştirak edən və mobil hökumətə keçid istiqamətində konkret layihələr reallaşdıran ilk dövlət qurumlarından biridir.
Assambleyada təşkilatın inkişafı üzrə aidiyyəti orqanların hesabatları dinlənilib, Rusiya, Avstriya və Antikorrupsiya Akademiyasının təqdim etdiyi üç qətnamə layihəsi geniş müzakirələrdən sonra qəbul edilib. Assambleyada növbəti il üçün Assambleyanın rəhbər orqanı olan Büroya seçkilər keçirilib, nümayəndəsi Büroya üzv seçilmiş beş ölkədən biri də Azərbaycan olub.
Xatırladaq ki, Beynəlxalq Antikorrupsiya Akademiyası 2010-cu ildə Avstriya Hökuməti, BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi və Avropa Saxtakarlıq Əleyhinə Təşkilatının birgə təşəbbüsü ilə təsis edilib. 53 dövlətin üzv olduğu bu beynəlxalq təşkilat antikorrupsiya sahəsində bilik və təcrübələrin artırılması, antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkənin yaradılması, əməkdaşlıq və akademik axtarışlar sahəsində müstəqil mərkəz kimi fəaliyyət göstərir. Ötən müddət ərzində Akademiya beynəlxalq antikorrupsiya hərəkatına öz töhfələrini verib, korrupsiyanın qarşısının alınmasında hökumətlər, qeyri-hökumət təşkilatları və ictimaiyyətin geniş təbəqələri ilə sıx əməkdaşlıq edib. Hazırda Akademiya korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə əsas beynəlxalq platforma kimi çıxır edir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43

