/ / Bakıda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və mərkəzin www.virtualkarabakh.az portalının təqdimatı olub
Bakıda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və mərkəzin www.virtualkarabakh.az portalının təqdimatı olub
17.12.2013 [09:44]
Dekabrın 16-da “JW Marriott Absheron” otelində “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və mərkəzin www. virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, yerli və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının qədim bölgəsi olan Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Mərkəzin digər məqsədi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərə, o cümlədən dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verməkdir.
Qeyd edilib ki, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi və “Yeni Yazarlar və Sənətçilər” Qurumudur.
Sonra “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə bağlı film göstərilib. Filmdə Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, Qarabağla bağlı elektron kitab resurslarından istifadə etmək məqsədi ilə elektron kitabxana, foto-video studiyası, Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş rayonlarının adı ilə adlandırılmış iş otaqlarının fəaliyyət göstərdiyi diqqətə çatdırılır.
Daha sonra layihə çərçivəsində hazırlanmış www.virtualkarabakh.az portalı təqdim edilib. Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd edib ki, əsas məqsəd Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.
O deyib ki, “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və digər dillərdə mərkəzləşmiş internet resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər insanlarına çatdırılmasına töhfə verməkdir. Portalda Qarabağın tarixi, mədəniyyəti, musiqisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi ilə bağlı, qədim Azərbaycan torpağı olan İrəvan haqqında yazılar, araşdırmalar, xəbərlər və digər yazılar öz əksini tapıb. Bundan əlavə, portalda gənclər üçün virtual oyunlar, müsabiqə, elektron kitabxana, Qarabağa virtual səyahət, Qarabağ haqqında interaktiv xəritə, musiqi, “İzimiz” adlı foto və video qalereya, “Hər şey Qarabağ üçün” virtual kampaniya bölmələri də fəaliyyət göstərir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov informasiya texnologiyalarından bütün dünyanın məharətlə istifadə etdiyi indiki dövrdə bu layihənin çox mühüm hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, portal Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz bir vasitədir. Nazir bu layihəyə təkcə 5 təşkilatın yox, bütün gənclərin və QHT-lərin dəstək olacağına əminliyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini, Azərbaycan ziyalılarını, alimlərimizi, hər bir Azərbaycan vətəndaşını Dağlıq Qarabağ münaqişəsi başlayan gündən fəallığa çağırırdı. Çünki hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir.
O bildirib ki, hər bir azərbaycanlı məşğul olduğu sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini unutmamalıdır. Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Ötən dövrlərdə azərbaycanlılar dəfələrlə ermənilərin fiziki və mənəvi basqılarına məruz qalıb. Bu, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayaraq bu gün də daxil olmaqla davam edir. Ermənilərin və onların havadarlarının təşəbbüsü ilə 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu siyasət təkcə azərbaycanlıları fiziki cəhətdən yox etməyə deyil, həm də onların ərazilərini ələ keçirməyə, dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmağa xidmət edib. Buna görə də bizim nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır. Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduqca, onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalı və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında geosiyasi, geoiqtisadi, təhlükəsizlik və digər vəzifələr qoyur.
Əli Həsənovun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə xəbərdarlıq edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə bir anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirir və millətimizə qarşı ciddi böhtanlarla müşayiət olunur. Bu gün faktiki olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılması və dünya ictimaiyyətinə çatdırılması uğrunda beynəlxalq aləmdə ermənilərlə mübarizə aparırıq.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövləti beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə çalışır. Bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Bu mübarizəyə Azərbaycan gəncliyinin də qoşulması sevindiricidir. Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır olmaqla deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, özünün hazırlığını nümayiş etdirir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə çıxışında Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında belə bir mərkəzin yaradılmasının əhəmiyyətindən danışıb. Deyib ki, portalda ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın tarixi abidələri və gözəlliklərini nümayiş etdirməklə, ermənilərin Azərbaycana vurduğu ziyan bütün dünyaya çatdırılır.
Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bütün işlər bizi Qarabağa aparır. O deyib ki, virtual dünyada informasiya mübarizəsi çox ciddi bir önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulublar. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Deputat yeni portalın bu sahədə çox işlər görəcəyinə inandığını bildirib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov isə deyib ki, Azərbaycanın iqtisadi-hərbi qüdrətinin artması bizi tezliklə Qarabağa aparacaq.
Tədbirdə, həmçinin “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan “Qarabağa doğru” filminin ingilis dilində versiyası və “ Şuşa - Virtual Səyahət” 3 D qrafik təsvirli filmi də göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

