/ / Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb
Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb
04.12.2013 [08:40]
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası davam edir.
AzərTAc xəbər verir ki, sessiya çərçivəsində dekabrın 3-də Komitə bürosunun görüşü keçirilib. Müzakirələr komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirilib.
Günün birinci yarısında iştirakçı dövlətlərin dövri və beynəlxalq yardımın istifadə olunmasına dair hesabatları dinlənilib.
Çıxış edən iştirakçı ölkələrin nümayəndələri sessiyaya uğurla ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirib, ölkəmizdəki iqtisadi artımın inkişaf üçün bir çox imkanlar yaratdığını xüsusilə vurğulayıblar. Natiqlər, həmçinin Azərbaycan mədəniyyətinin inkişaf meyllərindən də danışıblar.
Çıxışlarda sivilizasiyalararası münaqişələrin səbəbləri, mövcud regional konfliktlərin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti barədə fikirlər səslənib.
Günün ikinci yarısında məşvərətçi qurumun 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.
Sonra Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün təqdim edilmiş nominasiyalar nəzərdən keçirilib. İlk müzakirə edilən nominasiya Azərbaycanın ənənəvi Qarabağ oyunu - çövkən olduğundan iclasa sədrlik edən mədəniyyət və turizm naziri Ə.Qarayevi Braziliya nümayəndəsi əvəz edib.
Sonra Azərbaycana aid qovluqda əksini tapmış çövkən oyunu haqqında məlumat verilib. Bildirilib ki, ənənəvi Qarabağ oyunu olan çövkən iki komanda arasında çəmənlikdə oynanılır. At üstündə olan hər komandanın üzvləri taxtadan, yaxud dəridən düzəldilmiş kiçik topu digər komandanın qapısına vurmağa çalışırlar. Bu oyun əslində milli adət-ənənələrdən irəli gəlir və milli mənliyin formalaşmasında böyük rol oynayır.
Bildirilib ki, Komitənin məşvərət şurasının qərarına əsasən, nominasiya müvafiq kriteriyalara uyğun gəlir. Hazırda gənclərdə çövkən oyunu istiqamətində elə də həvəs müşahidə olunmur. Əlbəttə, bu, daha çox urbanizasiya və miqrasiya ilə əlaqədardır. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə maliyyə yardımı göstərilir. Müvafiq sənədlərdə hüququ və təşkilati tədbirlər açıq-aydın görünür. Hesabat yoxlanılıb.
Sonra çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı elan edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və xalqı adından Komitəyə, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibliyinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, çövkən oyununun beynəlxalq səviyyədə tanınması sevindirici haldır. Çövkən oyununun müvafiq siyahıya daxil edilməsi icmalara bu istiqamətdə öz fəaliyyətlərini daha həvəslə davam etdirmək imkanı verəcək.
Nazir bildirib ki, çövkən oyununun bu siyahıya daxil edilməsi çox mükəmməl bir komanda işinin nəticəsində mümkün olub. Bu, çövkən oyununun Azərbaycanda qorunmasına və daha yüksək səviyyəyə çıxarılmasına böyük təkan verəcək. Beynəlxalq əməkdaşlıq məsələlərində Azərbaycanın həmişə açıq olduğunu deyən Ə.Qarayev diqqətə çatdırıb ki, müvafiq Konvensiya həm də insanları birləşdirməlidir. Ona görə də Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması bu birliyə çağıran böyük bir qərardır.
İclas müddətində ümumilikdə 10 nominasiyaya baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

