/ / Bahar Muradova: Rüstəm İbrahimbəyovun hansısa bir təşkilatın sədri kimi ciddi fəaliyyətinin şahidi olmadım
Bahar Muradova: Rüstəm İbrahimbəyovun hansısa bir təşkilatın sədri kimi ciddi fəaliyyətinin şahidi olmadım
03.12.2013 [09:25]
“Rüstəm İbrahimbəyovun hansısa bir təşkilatın sədri kimi ciddi fəaliyyətinin şahidi olmadım. Ona görə də onun hansı vəzifədən, hansı səbəbə görə istefa verməsi cəmiyyət üçün maraqlı deyil”. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Trend-ə Rüstəm İbrahimbəyovun “Milli şura” sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, öz işinin başında olmayan, ictimai-siyasi proseslərə heç bir təsir göstərmək gücündə olmayan və uzaqdan-uzağa qiyabi fəaliyyət göstərən bir şəxsin qeyri-ciddi bir qurumun rəhbərliyindən istefa verməsi təkcə, bəlkə, o qurumda olan, amma onun da bu vəzifədən daha tez istefasını istəyən adamlar üçün önəmi ola bilər: “Çünki elə bu qurum yaranarkən və onun rəhbərliyinin seçimləri çox böyük ajiotaj ilə keçirilərkən də mənim fikrim bundan ibarət olmuşdu ki, nə Rüstəm İbrahimbəyov radikal müxalifətə, nə radikal müxalifət Rüstəm İbrahimbəyova lazımdır. Bu, zaman üçün bəzi dairələrin görmək istədiyi haldır, əhəmiyyətsiz anlar gəldiyi tədqirdə onların yolu mütləq ayrılır və bu da baş verdi”.
Vitse-spiker bildirib ki, seçki ərəfəsində Azərbaycanda çoxlu sayda belə qurumlar yaradılır və maraqlısı odur ki, bu qurumları yaradanlar eyni adamlardır: “Belə qurumların yaranması və dağılması Azərbaycanın ictimai-siyasi mühitinə heç zaman təsir göstərməyib. Ona görə də həmin şəxslərin yaratdığı bu qurumun dağılması da Azərbaycanın ictimai-siyasi mühitinə hər hansı bir təsir göstərmir. İmitasiya ilə məşğul olan adamlar üçün, bəlkə, bu, bir əhəmiyyət kəsb edərdi, amma artıq o da çox əhəmiyyətsiz görsənir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

