/ / Əli Həsənov: Bütün beynəlxalq təşkilatlarla əməkdaşlığımızda başlıca faktor Azərbaycanın milli maraqlarıdır
Əli Həsənov: Bütün beynəlxalq təşkilatlarla əməkdaşlığımızda başlıca faktor Azərbaycanın milli maraqlarıdır
30.11.2013 [11:14]
“Gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik”
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını şərh edib.
Ə.Həsənov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə III “Şərq tərəfdaşlığı” Sammitində iştirakı və Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması İttifaqla ölkəmiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edir: “Bununla yanaşı, qeyd etməliyəm ki, cənab İlham Əliyev bütün məsələlərə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşdirilməsinə ilk növbədə Azərbaycanın milli maraqları prizmasından yanaşır. Nüfuzlu beynəlxalq qurumların potensialından ölkənin siyasi, iqtisadi, sosial, humanitar yüksəlişi üçün maksimum bəhrələnmək Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən birini təşkil edir. Viza rejiminin sadələşdirilməsi də Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə, vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşmasına, bu sahədə mövcud bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edəcək”.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq formatlardakı iştirakını həm də bütün regional maraqları nəzərə almaqla həyata keçirir: “Bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızda Azərbaycanın milli maraqları başlıca amildir və bu əməkdaşlıq heç bir halda başqa region dövlətlərinin müvafiq maraqlarını pozmur. Bu, belə olub, belə də olacaq. Gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, biz lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30

