Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

07.03.2026 [22:44]

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran tərəfindən Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadə edən bəyanatını yüksək qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: “Bu bəyanatla ABŞ tərəfi öz tərəfdaşlarına olan dəstəyini bütün dünyaya nümayiş etdirib.

ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin fevralın 10-da imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın ruhuna və məzmununa tam uyğundur.

Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini və həmrəyliyini nümayiş etdirib. Biz onların hər birinə minnətdarıq.

Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən göstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır.

Nümayiş etdirilən prinsipial mövqeyə görə Amerika Birləşmiş Ştatlarına təşəkkürümüzü bildiririk”.

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31