Vətəndaş cəmiyyəti institutları dinamik inkişaf tendensiyasına malikdir
28.11.2013 [09:20]
Milli maraqlar və dəyərlər əsasında fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verməklə yanaşı, ictimai münasibətlər kontekstində inteqrasiyanı sürətləndirirlər
Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi çıxış edir.
Vətəndaş cəmiyyətinin inkişafı milli tərəqqiyə təkan verən faktor kimi
Ümumiyyətlə, Azərbaycanda siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar, eyni zamanda, ictimai sektorun inkişafına xidmət edən tədbirlər hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş edir. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını və daha da intensivləşdirilməsini, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal əsaslarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.
Əlbəttə ki, ölkəmizdə dinamik siyasi sistemin struktur elementlərinin mütəmadi olaraq təkmilləşməsi vətəndaş cəmiyyəti institutlarının da legitim fəaliyyətinə əlverişli şərait yaradır. Ölkəmizin dinamik siyasi sistemə malik olması mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi önəm kəsb edən təməl strateji əsasdır. Məhz bütün bunların fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış edir. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birlərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını, həmçinin, siyasi sistemin inkişafı şərtləndirir. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış edir.
QHT-lərin inkişafı dövlətin diqqət mərkəzindədir
Vətəndaş cəmiyyətinin başlıca institutlarından olan ictimai birliklər-QHT-lər də ictimai-siyasi proseslərdə mühüm rol oynayan subyekt kimi səciyyələndirilməlidir. Azərbaycanda QHT-lərin fəaliyyəti üçün olduqca demokratik və leqal əsaslar formalaşdırılıb, bu istiqamətdə zəngin qanunvericilik bazası mövcuddur. Milli maraqlar və dəyərlər əsasında fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verməklə yanaşı, ictimai münasibətlər kontekstində inteqrasiyanı sürətləndirirlər.
Qeyd etmək lazımdır ki, ölkəmizdə QHT-lərin fəaliyyətini səmərəli edən mühüm faktorlardan biri də onların dövlət tərəfindən mütəmadi olaraq maliyyələşdirilməsidir. İctimai birliklərin maliyyələşdirilməsi, öz növbəsində, həmin qurumların qeyri-şəffaf mənbələrdən asılılığına imkan verməməklə yanaşı, milli maraqların və dəyərlərin mühafizəsinə də əhəmiyyətli töhfələr bəxş edir
Yeri gəlmişkən, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmanda Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılması nəzərdə tutulub. Eyni zamanda, bu kontekstdə xidmət mexanizmlərin təkmilləşdirilməsi də müəyyənləşdirilib.
Şübhəsiz, bu Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi QHT-lərin fəaliyyətinə təkan verən mühüm mexanizm qismində çıxış edəcək. Nəticə etibarilə, dövlət tərəfindən QHT-lərin inkişafına xidmət edən növbəti addım atılıb ki, bu da, bütövlükdə, Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə mühüm töhfədir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

