Azərbaycan və İran yeni iqtisadi prioritetləri müəyyənləşdirib
25.02.2026 [11:52]
Dövlət Komissiyasının 17-ci iclasında əməkdaşlığın artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb
Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Baş nazirin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının həcmi iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslanır və bütün sahələri əhatə edir.
Ş. Mustafayev qeyd edib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.
“Şimal-Cənub”, “Trans-Xəzər” quruculuğu
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub. Azərbaycan bu nəhəng tranzit arteriyasının qurulması üçün öz ərazisində bütün lazımi infrastruktur layihələrini həyata keçirib və hazırda artan yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizinin daşıyıcılıq gücününü artırılması yönündə İran və Rusiyanın nəqliyyat xətlərinin əlaqələndirməsini təmin etmək məqdsədilə birgə modernləşmə işləri aparılır. Plana əsasən, “Ulyanovsk- Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika zəncirinə qoşulacaq, eyni zamanda, Azərbaycan və İranın dəmir yolları birləşdiriləcək. Həmçinin Şimal-Cənub marşrutunun “Trans-Xəzər” bölməsinin də bu inteqrasiya blokuna cəlb edilməsi istiqamətində də fəal iş aparılmaqdadır.
Tərəflər, həmçinin Orta-Mərkəzi Asiya-Xəzər tranziti üzrə dəhlizin daşınma rejiminin asanlaşdırılması üçün tariflərinə yenidən baxılmasını, güzəştli ticarət rejiminin yaradılmasını vacib sayır. Eyni zamanda, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması, daha açıq və hesabatlı tranzit formatının təşkili məqsədilə rəqəmsal platformanın qurulması təklif olunub. Ümumilikdə, məqsəd bu nəqliyyat dəhlizinin gücünün daha da artırılması üçün Xəzər klasteri zonasında bütün tərəflərin dəniz-liman infrastrukturu və konteyner qovşaqlarının, dəmir yolu şəbəkələrinin əlaqələndirilməsi, vahid yükdaşıma sisteminin yaradılmasıdır.
Bu tədbirlərin başa çatdırılması Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.
Ticarət dövriyyəsinin artırılması üçün addımlar atılacaq
İran və Azərbaycan ikitərəfli iqtisadi təmasların keyfiyyətini artırmaqla bərabər, üçtərəfli əməkdaşlıq layihələrinin genişlənməsində səyləri genişləndirməklə bölgənin ümumi rifahına töhfə vermək niyyətindədir. İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiq isə vurğulayıb ki, Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti qaneedicidir, inkişaf perspektivləri üçün imkanlar böyükdür. Bunun üçün komissiyanın həmsədrləri iqtisadi strukturlar və biznes dairələri arasında müntəzəm görüşürlərin təşkilini də vacib hesab etdiklərini bildirblər. İki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard dollardan az olmaqla tərəfləri qane etmir. Növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılacaq və mövcud statistik rəqəmlərin dəfələrlə artmasını gözləmək mümkündür. Eləcə də qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslərdə maraqlar üst-üstə düşür və bu istiqamətdə təsirli addımların atılacağı istisna deyil. Bəyan edildiyi kimi, hazırda çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var və bu möhkəm sütunlar üzərində iqtisadi- ticarət əlaqələrini inkişaf etdirmək üçün iradə də mövcuddur.
Hər iki tərəf yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkanları birləşdirmək üçün daha çox işləmək niyyətindədir. Bu istiqamətdə müxtəlif stimulların, təşviqedici alətlərin tətbiqi də istisna olunmur. Vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik məsələlərində birgə güzəştlərin edilməsi planlaşdırılır.
Komissiyasının iclasında birgə həyata keçirilən mühüm layihələrin rifah və əməkdaşlığa töhfə verəcəyi, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsində yeni imkanlar yaradacağı vurğulanıb. Yekunda həmsədrlər tərəfindən komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

