Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Cəmil Həsənli məhkəməyə verilsə, bu ona hörmət gətirər

Siyavuş Novruzov: Cəmil Həsənli məhkəməyə verilsə, bu ona hörmət gətirər

20.11.2013 [09:24]

“Cəmil Həsənlinin adını çəkməyin. Çünki siyasətdə belə bir adam yoxdur. “Milli şura” da ölüb və daha yoxdur. Həmin qurumda olanlar da “ölü canlar”dır”.
Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Milli şura” daxilindəki son proseslərə münasibət bildirərkən deyib.
O, C.Həsənlinin “Milli şura”nın prezidentliyə namizədi olduğu dövrdə səsləndirdiyi bəzi fikirlərə görə, məhkəməyə müraciət edilib-edilməməsi məsələsinə də münasibət bildirib: “Cəmil Həsənli məhkəməyə verilsə, bu ona hörmət gətirər”.
S.Novruzov bildirib ki, həmin təşkilat bitib və fəaliyyəti də de-fakto dayanıb: “Adı olan özü olmayan “Milli şura”nın rəhbərliyi uğrunda aparılan çəkişmə isə partiya sədrləri tərəfindən edilən maxinasiyadır. Onların öz partiyalarında nə hörməti, nə izzəti qalmayıb. Həmin adamları öz partiyalarından uzaqlaşdırmaq istəyirlər, həmin adamlar isə özlərinə daldalanmağa yer axtarırlar. Hazırkı vəziyyətdə onlar bir-birilərinin iç üzünü açıb, cəmiyyətə bəlli edirlər. Dediklərim təsdiq etdi ki, bunlar öz və xaricdəkilərinin maraqlarına xidmət etdilər”.

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31