/ / Türkiyə mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərini ən mühüm hadisə kimi təqdim edib
Türkiyə mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərini ən mühüm hadisə kimi təqdim edib
15.11.2013 [09:30]
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzində olub.
Türkiyənin nüfuzlu qəzetləri, informasiya agentlikləri və televiziya kanalları Prezident İlham Əliyevin rəsmi səfərini ölkənin siyasi, iqtisadi və ictimai həyatında son günlər baş verən ən mühüm hadisə kimi dəyərləndiriblər.
Məsələn, “Hürriyet” qəzetinin birinci səhifəsində “Yeddi saziş imzalandı” başlıqlı məqalədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü toplantısı və imzalanmış sənədlərin əhəmiyyəti haqqında geniş məlumat yer alıb. Qəzetdə Azərbaycan dövlətinin başçısı və Türkiyə hökumətinin rəhbərinin xanımlarının iştirakı ilə Ədalət və İnkişaf Partiyasında nahar yeməyindən də fotoşəkillər verilib.
“Sabah” qəzetinin birinci səhifəsində dərc edilmiş “İlk müjdə” başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi “XXI əsr türk dünyasının əsri olacaq. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də böyük uğurlara imza atacağıq” sözləri önə çıxarılıb. Dövlətimizin başçısının Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında 2014-cü ilin əvvəlində TANAP layihəsində təməlqoyma mərasiminin keçiriləcəyi və Bakı-Tbilisi-Qars dəmiryolunun başa çatacağı haqqında söylənən fikirlər də xoş müjdə kimi qiymətləndirilib.
“Haber Türk” qəzetində dərc olunmuş məqalənin başlığı isə Prezident İlham Əliyevin “Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz” sözlərindən götürülüb. Müəllif qeyd edib ki, Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin geostrateji əhəmiyyətini vurğulayıb, əməkdaşlığımızın daha uğurlu gələcəyinə inamını ifadə edib.
Məqalədə Türkiyənin Baş nazirinin Naxçıvanın təbii qaz təminatının qardaş ölkədən həyata keçiriləcəyi ilə bağlı fikirləri də önə çıxarılıb.
“Vatan” qəzetinin “Tarixi hadisə” başlıqlı məqaləsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ probleminin Türkiyənin də problem olduğu haqqında sözləri və Azərbaycanın dövlət başçısının qardaş ölkənin inkişafı haqqında fikirləri yer alıb.
“Milliyet” qəzeti dövlətimizin başçısının rəsmi səfəri haqqında “TANAP-ın təməli 2014-cü ilin əvvəlində qoyulacaqdır” başlıqlı məqalədə bəhs edib.
Müəllif iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 4,2 milyard dollar olduğu və gələcəkdə bu rəqəmin 15 milyard dollar yüksəlməsi üçün tədbirlər görüləcəyi, habelə TANAP boru xəttinin təməlinin gələn ilin əvvəlində qoyulacağı barədə birgə mətbuat konfransında söylənilən fikirləri vurğulayıb. Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqli ilə bağlı müzakirələr aparıldığı da diqqətə çatdırılıb.
“Zaman” və ingilis dilində çıxan “Todays Zaman” qəzetlərində dərc olunmuş məqalələrdə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısının yekunları haqqında geniş məlumat verilib, TANAP, Bakı-Tbilisi-Qars, Naxçıvana təbii qaz verilməsi və digər layihələrin iki qardaş ölkə arasında dünyada misli görünməmiş əməkdaşlığın uğurla davam etməsinin sübutu olduğu bildirilib. Azərbaycanda işləyən Türkiyə vətəndaşlarından alınan ödənişlərin minimum məbləğə endirilməsi və vizaların ləğv olunması məsələsinin tezliklə həll olunacağı da toplantıda qəbul olunmuş mühüm qərarlar kimi dəyərləndirilir.
Qardaş ölkənin “Star”, “Türkiyə”, “Yeni Şafak”, “Ortadoğu”, “Bugün”, “Taraf” və digər nüfuzlu qəzetlərinin birinci səhifələrində də Azərbaycan Prezidentinin rəsmi səfəri geniş şəkildə işıqlandırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və Baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirilmiş birgə mətbuat konfransı CNBC-E, BloombergHT, NTV, “CnnTürk”, “HaberTürk”, “Sky”, TRTHaber, TGRT, Kanal24 və digər televiziya kanallarında canlı yayımla verilib. Bu yayımlar zamanı Türkiyənin siyasi və iqtisadi şərhçilərinin səfərin böyük əhəmiyyəti, Türkiyə-Azərbaycan əlaqələri, həyata keçirilən birgə layihələr haqqında şərhləri də təqdim edilib.
Dövlətimizin başçısının rəsmi səfəri çərçivəsində görüşləri, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı və birgə mətbuat konfransı haqqında xəbər və fotoşəkillər Türkiyənin Anadolu, İhlas, DHA, Cihan xəbər agentlikləri tərəfindən də operativ olaraq yayılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

