Dövlət qurumlarında yerləşmiş nurçularla birlikdə
04.02.2026 [12:24]
“Boz kardinal”ın “kardinallıq” azarı”…
Yaxud
Siz kimsiniz, R. Mehdiyev?
(Əvvəli ötən saylarımızda)
Dövlət Komitəsinin ölkədə dinin siyasiləşməsinin qeyri-ənənəvi, zərərli təriqətlərin yayılmasının, radikal qrupların fəaliyyətinin qarşısının alınmasında, digər təxirəsalınmaz problemlərin həllində, gördüyü səmərəli işlər, həyata keçirdiyi məqsədyönlü fəaliyyət “sevimli köməkçini” qətiyyən qane etmirdi. Mehdiyev Prezident Aparatının iki-üç şöbə müdirlərinin, uyğun nazirlərin iştirak etdikləri müşavirələrdə dini durumla bağlı məsələ müzakirə olunanda fəaliyyətimi qaralamaq üçün mütləq ona söz verirdi. O “vəzifəsini” canla-başla icra eləmək üçün dəridən-qabıqdan çıxırdı. Əlbəttə, mən çıxış edib onun uydurmalarını yerli-dibli təkzib edirdim. Mehdiyevin dini duruma həsr etdiyi müşavirələrdən söz düşmüşkən – o 6 ildə üç dəfə belə müşavirə keçirdi, üçündə də istəyinə nail ola bilmədi. Yaxın ətrafında olan üç-dörd nəfərdən başqa haqsız, əsassız ittihamlara qarşı etiraz edənlər də vardı. Ona ən yaxın şöbə müdirlərindən biri mənə dedi ki, hər dəfə Milli Təhlükəsizlik naziri çıxış edəndən sonra müşavirənin “məqsədi”, istiqaməti Sizdən uzaqlaşır. Milli Təhlükəsizlik naziri dini durumun problemlərini bilirdi və əmin idi ki Dövlət Komitəsinin məqsədyönlü fəaliyyətinin alternativi yoxdur. Daxili İşlər nazirinin də belə haqsız ittihamlara mənfi münasibəti üzündən oxunurdu. Baş prokuror isə... Mehdiyevi, sevimli köməkçisini dəstəkləmək üçün faktsız-filansız ədalarla danışırdı.
Belə yüksək vəzifəlilərin iştirakı ilə keçirilən müşavirədə sevimli köməkçiyə söz vermək hansı dövlət protokoluna uyğundur? Bu barədə bir az sonra. Ancaq sevimli köməkçinin qərəzi, məkri bununla bitmirdi, müxtəlif dövlət qurumlarında yerləşmiş nurçularla birlikdə dinin siyasiləşməsi üçün əllərindən gələni edirdilər, Dövlət Komitəsinin ciddi nəzarəti sayəsində heç nəyə nail olmadıqlarından mənə qarşı aşıq-aşkar şantaja keçirdilər. Prezidentimizin başçılığı ilə apardığımız düzgün milli siyasətə qarşı olan və mənə açıq-aşkar qarşı çıxan adamlar da aktivləşirdi. Elə o “aktivlərin” təşəbbüsü ilə Mehdiyevin yanında iki şöbə müdirinin və mənim iştirakımla görüş keçirildi. Üç saata yaxın çəkən fasiləsiz görüşdə mən əsassız ittihamları rədd etməklə yanaşı, onların üçünü də kəskin tənqid etdim, sevimli köməkçinin antimilli və antidövlət fəaliyyətini də əsaslı faktlarla açıqladım. Mehdiyev köməkçisini çağırdı, o, ayaq üstə iki-üç yalan uydurandan sonra Mehdiyev nə desə yaxşıdır?
- Get, mən sənə inanıram!
- Onda böyüdün vəzifəsini – istehza ilə söylədim.
Çox keçmədən həqiqətən böyütdü: şöbə müdiri elədi. Və şöbə müdiri vəzifəsində öz anti-Azərbaycan fəaliyyətini daha geniş miqyasda, təsirli həyata keçirmək imkanı qazandı.
Mətbuatda da məktubları, telefon danışıqları çap olunub: “Feto “başkanına” şad xəbər kimi, fərəhlə yazırdı: “Mənim “görəvim” indi böyüyüb”. Onu da xüsusilə qeyd edirdi: “İndi bəzi məsələləri telefonla açmıram, eşidərlər, köməkçiniz vasitəsilə sizə çatdıracağam”.
Telefon danışığının dinlənilməsindən çəkinirdi. Nəyi çatdıracaqdı?
Bu məlumatlar ölkə Prezidentinin sərəncamıyla tutduğu vəzifədən kənarlaşdırılandan sonra mətbuata çıxdı. Ancaq Mehdiyev sevimli köməkçisini – şöbə müdirini unutmadı, ciddi səyləri ilə Rabitə Nazirliyində məsul işə yerləşdirdi. Unutdu ki, haqq-ədalət, həqiqət nazilə bilər, lakin heç vaxt qırılmaz, gec, ya tez qalib gələr. Az sonra təbii ki, ordan da qovuldu. Mehdiyev belələri ilə də daim mənə qarşı mübarizə aparırdı.
Mehdiyev isə… Elə mətbuatda çap olunan varidatı, satış çıxardığı mülkləri haqqında məlumatlar, göstərilən rəqəmlə, qiymətlər qəzet səhifələrinə sığmır, azı yüz milyonlarla manata çatır. Hələ ailə üzvlərinin var-dövləti üstündə keçirilən məhkəmə çəkişmələrində səslənən rəqəmlər iddialar, faktlar… Mənim isə… Azərbaycanın şəhərlərini küçəbəküçə, kəndlərini məhəllə-məhəllə gəzsin, dünyanın hər yerini soraqlasın, heç olmasa bircə kiçik qəzet köşkümü axtarsın…Tapa bilməzlər axı! Çünki yoxdur! Yoxdur!! Yoxdur!!!
Bütün təqiblərə, qərəzlərə, məkrli münasibətlərə baxmayaraq, Dövlət Komitəsi öz işindəydi. Ölkədə dini durum – sabitlik, etiqad azadlığı ideal vəziyyətdəydi. Altı il gərgin zəhmətdən sonra axır ki, bir az dincəlmək vaxtıydı. 2012-ci il may ayının 30-da PA-nın şöbə müdiri ilə görüşdüm. Söhbətimizin əvvəlində heç gözləmədiyim halda dedi: “Rəhbərlik Sizin işinizdən çox razıdır”.
“Mehdiyev də?” – istehza ilə soruşdum. Susdu. Söhbətin yönünü dəyişdi. Bir az başqa mövzularda danışandan sonra dedim:
- Mən gələn ayın axırlarında məzuniyyətə çıxmaq istəyirəm. Bilirsən ki, Dövlət Komitəsinə gedəndən sonra məzuniyyətdə olmamışam. Şükür, vaxtı gəldi – çatdı.
- Əlbəttə, - dedi – ancaq Prezidentə bir ərizə yazın. Qayda belədir – dedi – hökumət üzvləri – hamısı yazırlar.
Ayrıldıq.
Ərizə yazmağa hələ vaxt vardı...
Ertəsi günü – mayın 31-də günortadan sonra mənə telefon açdı:
- Dövlət Komitəsinə yeni sədr təyin olunub. Saat 5-də gəlirik təqdimata.
(davamı növbəti saylarımızda)
Hidayət Orucov,
Sabiq dövlət müşaviri
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

