/ / BDU-da “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimatı keçirilib
BDU-da “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimatı keçirilib
08.11.2013 [09:23]
Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxuculara təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır.
Belə ki, kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilmiş, həm də mövcud hüquq qaydalarının tətbiqini özündə əks etdirən Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında öz əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilmişdir. Akademik Abel Məhərrəmovun sözlərinə görə, kitabın hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq, nəşrdə mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilmişdir və hər bir istiqamətdə Konstitusiya Məhkəməsinin mühüm prinsipləri əks olunmuşdur. Rektor Abel Məhərrəmov ümidvar olduğunu bildirib ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabı hakimlər, prokurorlar, vəkillər və bütün hüquq ictimaiyyəti üçün faydalı olmaqla, tədqiqatçılar və hüquq sahəsində təhsil alan tələbələr üçün də maraqlı mənbə qismində çıxış edəcəkdir.
Daha sonra təqdimat mərasimində çıxış edən Milli Məclis sədrinin birinci müavini, BDU-nun “Konstitusiya hüququ” kafedrasının müdiri, professor Ziyafət Əsgərov bildirib ki, bu kitabda kifayət qədər zəngin təcrübi məsələlərlə yanaşı, nəzəri məsələlər də öz əksini tapıb. Onun sözlərinə görə, kitabın həm nəzəri, həm də təcrübi baxımından hüquq fakültəsinin tələbələri üçün çox böyük önəmi var.
Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məlikova, Milli Aviasiya Akademiyası “Hüquqşünaslıq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin çıxışından sonra kitabın müəllifi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iştirakçılara öz təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

