Bakı Təşəbbüs Qrupunun konfransı beynəlxalq mediada və sosial şəbəkələrdə trend olub
19.01.2026 [13:47]
Xəbər verdiyimiz kimi, yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans geniş ictimai-siyasi rezonans doğurub. Tədbir, həmçinin beynəlxalq media məkanında geniş işıqlandırılıb. Belə ki, bir sıra nüfuzlu beynəlxalq və regional media qurumları tədbirlə bağlı analitik və informativ materiallar dərc edib. Xüsusilə Hindistanın “SikhPoliticsNews”, “KhireyaPunjab”, “MediaPunjab”, “BolePunjab” və “QuamieKta” media platformaları, o cümlədən Pakistanın “The Gulf Observer” və “HumEnglish” portalları, Türkiyənin TRT1 televiziya kanalı, eləcə də Gürcüstandakı “OC Media” informasiya portalı konfrans barədə ətraflı məlumat yayıb. Sözügedən media qurumları konfrans çərçivəsində səsləndirilən mövqeləri, tarixi faktları və mövcud insan hüquqları vəziyyətini geniş auditoriyaya çatdıraraq tədbirin beynəlxalq əhəmiyyətini ön plana çıxarıb.
Konfrans, eyni zamanda, sosial şəbəkələrdə, xüsusilə Hindistanın etnik və dini azlıqlara qarşı zorakı siyasətindən zərər çəkmiş və hazırda Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və digər ölkələrdə yaşayan Siqh diaspor icmaları arasında X (Twitter), feysbuk və digər platformalarda geniş müzakirə edilib. Xaricdə fəaliyyət göstərən bir sıra siqh təşkilatları Bakı Təşəbbüs Qrupunun paylaşdığı postları yenidən paylaşıb.
Sosial media müzakirələrində əsasən “Bakı Təşəbbüs Qrupu siqhlərə qarşı diskriminasiyanı beynəlxalq gündəmə çıxardı”, “Bakıda siqhlərə qarşı zorakılığa həsr olunmuş beynəlxalq konfrans keçirildi”, “Hindistanda azlıqlara qarşı repressiyalar Bakıda beynəlxalq müstəvidə müzakirə olundu” və “Siqhlərin hüquqlarının müdafiəsi üçün yeni qlobal platforma: Bakı Konfransı” və sair bu kimi başlıqlar diqqət çəkib.
Bu başlıqlar altında yüzlərlə paylaşım, repost və şərh edilib, konfransın materialları və çıxışları geniş auditoriyaya çatdırılıb. Tədbir #BakuInitiativeGroup, #SikhRights, #JusticeFor1984 və #HumanRightsInIndia kimi həştəqlərlə sosial mediada trendə çevrilib.
Konfrans Hindistanda etnik və dini azlıqlara qarşı repressiv siyasətin beynəlxalq gündəmə çıxarılması baxımından mühüm addım kimi qiymətləndirilir. Həmçinin BTQ-nin dekolonizasiya, əsarət altında yaşayan xalqların hüquqlarının müdafiəsi sahəsində qlobal müstəvidə artan rolunu bir daha nümayiş etdirir, siqhlərin hüquqlarının müdafiəsi istiqamətində yeni beynəlxalq platformanın yaradılmasında irəliyə doğru ciddi addımdır. Konfrans çərçivəsində səsləndirilən faktların və məlumatların yaxın aylarda BMT və digər beynəlxalq institutların gündəminə çıxarılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

