/ / “TV plyus” jurnalının “Bizim Prezident. 2003-2013: İnkişafın strategiyası” adlı xüsusi buraxılışı çapdan çıxıb
“TV plyus” jurnalının “Bizim Prezident. 2003-2013: İnkişafın strategiyası” adlı xüsusi buraxılışı çapdan çıxıb
25.10.2013 [11:52]
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəşri olan “TV plyus” jurnalının xüsusi buraxılışı çapdan çıxıb. Xüsusi buraxılış Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə inamlı qələbəsinə və ölkəmizin son 10 ildə keçdiyi misilsiz inkişaf yoluna həsr olunub.
AzərTAc xəbər verir ki, nəfis tərtibata malik, illüstrasiya materialları ilə zəngin olan xüsusi buraxılış Prezident İlham Əliyevin bu sözləri ilə açılır: “Bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq”.
Prezidentin bu fikri nəşrdə toplanmış bütün materialların leytmotivini təşkil edir.
Xüsusi buraxılışda növbəti prezident seçkilərinin yekunları müxtəsər olaraq belə səciyyələndirilir: “Azərbaycan xalqı yenə də dinamik, sürətli, çoxşaxəli inkişafa və sabitliyə səs verdi”.
Prezident seçkilərinin nəticələrini əks etdirən məlumatın ardından Beynəlxalq təşkilatların, xarici ölkələrin müşahidə missiyalarının rəhbərlərinin rəyləri yer alır. Bu rəylərdə Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə, ifadə azadlığının təmin olunduğu dinc şəraitdə, azad və şəffaf keçdiyi, demokratik seçki standartlarına cavab verdiyi, Azərbaycan xalqının öz gələcəyi naminə düzgün seçim etdiyi vurğulanır.
“İlham Əliyev: Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq” - Prezidentin seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciəti oxuculara bu başlıq altında təqdim olunur.
Daha sonra nəşrdə dünyanın nüfuzlu KİV-lərinin - ABŞ-ın “The Vashinqton Times”, Böyük Britaniyanın “The Teleqraph”, Almaniyanın “Frankfurter Allgemeine Zeitung”, Çin xalq respublikasının “Global Times”, Pakistanın ingilisdilli “Daily Times” və digər qəzet və jurnalların Azərbaycan və Prezident İlham Əliyev haqqında dərc etdikləri “Qafqazdakı ən sadiq dostumuz”, “Bakı Qafqazın Dubayıdır”, “Xəzər dənizi sahilində şahmat oyunu”, “Azərbaycan: Xəzər dənizinin Odlar diyarı”, “İlham Əliyev: Məqsədimiz qara qızılı insan qızılına çevirməkdir” və başqa məqalələr yer alır. Həmçinin ayrı-ayrı nüfuzlu jurnalların Prezident İlham Əliyevi 2013-cü ildə dünyada “İlin adamı” və “10 ilin dövlət adamı” elan etdiyi barədə xəbərlər çatdırılır.
Xüsusi buraxılışda Azərbaycanın son 10 ildə həyatın bütün sahələrində qazandığı nailiyyətlərdən geniş bəhs olunur. Bununla bağlı materiallar qruplaşdırılaraq ayrı-ayrı bölmələrdə verilir. İqtisadiyyat, sənaye, informasiya-kommunikasiya texnologiyaları, özəl sektor, kənd təsərrüfatı, vətəndaş rifahı, ordu quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman sahələrində qazanılmış nailiyyətlər təhlil olunur, qlobal layihələrdən, daxili və xarici siyasətin prioritetlərindən, həmçinin dövlətin gənclər siyasətindən söhbət açılır.
Xüsusi buraxılışda Prezidentin poçtuna daxil olan məktublar - sadə insanların ürək sözləri, Prezident İlham Əliyevə bəslədikləri inam və minnətdarlıq duyğuları da əksini tapır.
Nəşrdəki materiallar Prezidentin açılış mərasimlərindəki iştirakını, bölgələrə səfərlərini, insanlarla səmimi görüş və söhbətlərini, xalqla birliyini əks etdirən çoxsaylı fotoşəkillərlə müşayiət olunur və oxucuda əyani təsəvvür yaradır.
Xüsusi buraxılış Prezident İlham Əliyevin xalqa müraciətindən götürülmüş bu sitatla tamamlanır: “Mən bir daha sizə son on il ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq. Yaşasın müstəqil Azərbaycan Respublikası”.
Qeyd edək ki, nəşrin qurucusu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovdur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

