/ / Ditmir Buşati: Albaniya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini dəstəkləyir və Ermənistanı silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa çağırır
Ditmir Buşati: Albaniya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini dəstəkləyir və Ermənistanı silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa çağırır
25.10.2013 [11:51]
Albaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir, Ermənistanı silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa çağırır.
Bu fikirləri xarici işlər naziri Ditmir Buşati Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Dağlıq Qarabağ münaqişəsinə dair Albaniya hökumətinin münasibətilə bağlı suallarına cavabında bildirib.
AzərTAc Albaniyanın xarici işlər naziri D.Buşatinin suallara cavablarını təqdim edir.
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafındakı yeddi rayonun işğal altında saxlanmasının davam etməsini pisləmiş və qəbul etdiyi bir neçə qətnaməsində Ermənistan qoşunlarının həmin ərazilərdən dərhal çıxarılmasını tələb etmişdir. Siz bu qətnamələri dəstəkləyirsinizmi?
- Albaniya Respublikası beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olması ilə bağlı mövqeyini dəstəkləyir. Biz beynəlxalq hüquqa əsaslanan bu mövqeyə tam tərəfdarıq.
- Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi xarici qüvvələrin işğalı altındadır. Ermənistanın işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün doğma torpaqlarına qayıda bilmir. Bu da o deməkdir ki, Azərbaycan dünyada ən çox məcburi köçkünü olan ölkədir. Şərq qonşuluğunuzdakı tərəfdaşlarınızdan birinin ərazi bütövlüyü prinsipinə, eləcə də qaçqınların və məcburi köçkünlərin hüquqları və talelərinə münasibətinizi bilmək istərdik.
- BMT-nin Nizamnaməsində əks olunan prinsiplərdən biri kimi ərazi bütövlüyü məsələsi bu gün beynəlxalq hüquq qaydasının ən vacib hissələrindən biridir. Nizamnamənin ruhuna və mətninə əsaslanaraq Albaniya qəti şəkildə əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə davamlı həlli beynəlxalq hüquqa uyğun olaraq yalnız sülh yolu və danışıqlar vasitəsilə mümkündür. ATƏT-dəki və Avropa İttifaqındakı tərəfdaşlarımız və dostlarımızla birlikdə biz bu münaqişənin tez həlli istiqamətində işləməyə sadiqik. Biz, həmçinin onu da bilirik ki, münaqişənin həllinin uzanması qaçqınların və məcburi köçkünlərin həyatlarına mənfi təsir göstərəcəkdir. Bu, münaqişənin daha tez həllini zərurətə çevirir. Problemin sülh yolu ilə həlli istiqamətində tərəflərin səylərinə mane olacaq hər hansı addım isə məzəmmət edilməlidir.
- Rəsmi Bakının ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı aldığı dəstəkdə Azərbaycanın Avropa, eləcə də Qərb ilə yaxın siyasi və iqtisadi tərəfdaşlığı geniş şəkildə əksini tapırmı?
- Albaniyanın regiona verdiyi xüsusi önəm daha çox Cənubi Qafqazın strateji əhəmiyyəti ilə bağlıdır. Bu regionun Avropanın enerji ehtiyaclarının ödənilməsində rolu getdikcə daha da artır. Trans-Adriatik qaz kəməri layihəsi sayəsində Albaniya
Xəzər dənizinin təbii qazının gələcək istifadəçilərindən birinə çevriləcəkdir. Cənubi Qafqazın artan əhəmiyyəti, Avropanın enerji təchizatının şaxələndirilməsində vacib rolu digər regionların, xüsusilə Balkan regionunun da təhlükəsizliyinə və sabitliyinə müsbət təsir göstərir. Buna görə də hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq tez həll edilməsi regionla bağlı bütün tərəflərin marağındadır.
- ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara baxmayaraq, münaqişənin həlli prosesi donmuş vəziyyətdə qalır. Avropa ölkələrinin prosesdə daha çox iştirakı vacibdir. Siz münaqişənin sülh yolu ilə və daha tez həlli prosesində intensiv rol oynamağa və Avropa maraqlarına uyğun olaraq yeni təşəbbüslər formalaşdırmağa hazırsınızmı?
- Albaniya 20 ildən artıqdır ki, Avropaya inteqrasiya prosesində uzun yol keçmişdir. Bu yol həm də bizi beynəlxalq hüququn əhəmiyyətini qiymətləndirməyə məcbur etmişdir. İnanırıq ki, ölkələr yalnız BMT formasında, yaxud digər əməkdaşlıq formalarında beynəlxalq ictimaiyyətin tələblərini ciddi şəkildə yerinə yetirməklə uğur qazana bilərlər. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə qətnamə qəbul etmişdir və bu qətnamələrdə xarici qüvvələrin işğal edilmiş ərazilərdən çıxarılması tələb olunur. Albaniya bu tələbi dəstəkləyir və Ermənistanı öz silahlı qüvvələrini Dağlıq Qarabağdan və digər yeddi rayondan dərhal çıxarmağa çağırır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

