Cəmil Həsənlinin məntiqinə “2” düşür
11.12.2025 [16:57]
Ən yaxşı halda tramvay altında qalan "üç" vermək olar…
Redkül müxalifətin çirkab dolu fəaliyyəti ifşa olunduqca, faktlar gün işığına çıxdıqca onların əsl üzü də pərdə arxasından boy göstərir. Onların xalqa qarşı hansı düşüncədə olmaları, xalqa münasibətdə hansı kriteyalara "söykənmələri" özü hər şeyi deyir. Xəyanətkar qrupun bir dəfə də olsun özündə günah axtarmaması, özünü "süddən çıxan ağ qaşıq" hesab etməsi köhnə "şakərdir" – indiki halda isə onlar hətta nə danışdıqlarının fərqində deyillər. Məntiqlə məntiqsizlik arasındakı məsafəni belə itiriblər.
Məsələn, özünü "elm adamı", "professor" hesab edən Cəmil Həsənlinin "müdafiə xarakterli mesajları" bu şəxsin məntiq(sizliyi)ni bütün çılpaqlığı ilə ortaya qoyur. Seçdiyi ifadələr, ritorika onun "siyasi obrazının" "şəklini çəkir". Baş verənlərin günahını min yerə yozmağa çalışan, nəticədə isə xalqa, cəmiyyətə qarşı qəzəbini gizlətməyən Cəmil Həsənli deyir ki, "Əli Kərimlinin həbsi Azərbaycan cəmiyyətinin bütün paxırını açdı".
Birincisi, özünü siyasətçi sayan, ən azından siyasətlə məşğul olduğunu iddia edən şəxsin xalqa, cəmiyyətə xitabən belə bir ifadə işlətməsi nə məntiqi, nə də etik cəhətdən düzgün sayıla bilməz – bu, Cəmil Həsənlinin əsl kimliyinin komponentidir. Çünki siyasətçinin müraciət etdiyi obyekt məhz xalqdır, cəmiyyətdir. "Cəmiyyətin paxırı" ifadəsi isə Cəmil Həsənlinin "siyasi düşüncə tərzi"nin ən bariz nümunəsidir. Cəmil Həsənli ən sadə məntiqlə düşünə bilsə anlayar ki, baş verənlər cəmiyyətin paxırını açmayıb – əksinə, cəmiyyət Əli Kərimli, Gültəkin Hacıbəyli, elə Cəmil Həsənlinin özünün paxırını açıb. Cəmiyyətə, dövlətə qarşı xəyanətkar mövqe seçmiş bu şəxslərin əsl siması məhz cəmiyyət tərəfindən ifşa olunur.
İkincisi, cəmiyyətə qarşı bu qədər hirsli olan Cəmil Həsənli niyə bir dəfə də olsun öz ətrfına irad bildirmir – demir ki, bu qədər "qara işlərdən" sonra cəmiyyətin üzünə çıxmaq olmaz. Azərbaycan cəmiyyətinə qarşı müharibə elan etmək yerinə, öz etdiklərini etiraf etsə, daha yaxşı və ən əsası, daha məntiqli olmazmı?
Cəmiyyət nəyi səhv deyir? – Cəmil Həsənlinin özünün də yazdığı kimi "Əli Kərimli gündüz müxalifətçilik edir, axşam gedib Ramiz Mehdiyevlə görüşürmüş", "Xalq Cəbhəsində Əli Kərimlinin müavinləri gedib izahat verməlidir" kimi fikirlər səhvdirmi? Niyə də izahat verməməlidirlər? Axı, xaricdən, xüsusilə də Rusiyadan AXCP-yə axan pulların "sərfiyyat istiqamətləri" gün üzünə çıxmalıdır və bunun üçün də mütləq şəkildə hər kəsin, başda elə Əli Kərimlinin müavinlərinin, Cəmil Həsənlinin özünün izahatları alınmalıdır. Budurmu "cəmiyyətin paxırı"nın açılması? Cəmiyyət tələb edir ki, AXCP-nin bütün xəyanətləri açılsın. Bəli, Cəmil Həsənli, cəmiyyət sizin bütün paxırlarınızın açılmasını tələb edir. Mirzə Ələkbər Sabirdən gətirdiyi sitat isə Cəmil Həsənlinin böyük şairi də məntiqi cəhətdən anlaya bilmədiyinin göstəricisidir – Sabir bu şeri heç də Cəmil Həsənlinin anladığı kimi millətini aşağılamaq, onun təbirincə desək, "paxırını açmaq" üçün yazmamışdı…
Cəmil Həsənlinin yazdığı sosial şəbəkə statusundan başqa bir məqsəd də "boylanır" – o, hər şeyi Əli Kərimlinin üzərinə buraxmaqla özünü sudan quru çıxarmağa çalışır. "milli şura"nın "günahsızlığını" sübuta yetirmək üçün etdiyi canfəşanlıq bunun bariz sübutudur. "Milli Şuranın yaranması elə də uzaq dövrün tarixi deyil. Əgər həmin dövrün qəzetlərinə diqqət yetirlsə, hər şey mətbuatın səhifələrində var" fikri də dediklərimizi təsdiqləyir. Bu fikirlərin açması budur ki, "milli şura"nın fəaliyyəti "şəffafdır", qaranlıq işlər AXCP-də cərəyan edib.
Cəmil Həsənli yazır ki, "Görünür vaxtı ilə Universitetin hüquq fakültəsinə dərs deyən Mustafa müəllim Qüliyev bunlara yaxşı məntiq dərsi deməyib". Mustafa Quliyevi tanımasaq da, Cəmil Həsənlini, Əli Kərimlini, Gültəkin Hacıbəylini yaxşı tanıyırıq – Cəmil Həsənlinin özünün məntiqsizliyi bütün bariz sübutları ilə ortadadır. Bütün bunları nəzərə alaraq, Cəmil Həsənlinin məntiqinə "tramvay altında qalmış üç" yazmaq olar…
P.S. O ki qaldı, Namizəd Səfərova, onun da "qiyməti" bəllidir – "müdafiə etməyə" çalışdığı partiyanın adını hıqqana-hıqqana bir saata yadına salması onun hansı məntiqə, hansı "qiymətə" və hansı düşüncəyə malik olduğunu göstərir…
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22

