/ / Milli Məclisin deputatı Ağalar Vəliyev: Heydər Əliyev Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin banisidir
Milli Məclisin deputatı Ağalar Vəliyev: Heydər Əliyev Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin banisidir
11.12.2025 [13:02]
XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində qerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, cağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının banisi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır.
Ümumilli Liderin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu tarixin əzəmətini və möhtəşəmliyni tam mənası ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındaki əvəzsiz xidmətlərini dərindən dərk etmək imkanı verir.
Bu fikirləri mediaya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Heydər Əliyevin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, onun həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın hərtərəfli inkişafınin təmin edilməsində müstəsna xidmətləri olub.
Belə ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib və bütün sahələrdə uğurlu islahatlar həyata keçirib.
Təbiidir ki, Sovetlər Birliyi dönəmində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayınmayıb. Keçmiş SSRİ kimi nəhəng fövqəl dövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunan Ulu Öndərin Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin Sityasi Bürosunun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illər onun dünya siyasətində önəmli yer tutmasını şərtləndirib.
SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib ki, dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaradıb. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin edib.
Heydər Əliyev irsi barədə fikirlərini bölüşən Milli Məclisin üzvü diqqətə çatdırıb ki, onun formalaşdırdığı Azərbaycançılıq ideologiyası müstəqilliyi, milli birliyi, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyıb.
Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.
2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edərək, əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü işləri İlham Əliyev başa çatdıracaq. Belə də oldu və ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.
“Bu gün Heydər Əliyevin ruhu şaddır, çünki Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığına qovuşub” - deyən parlamentari əlavə edib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlər davamlı xarakter alır, ölkəmiz regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rol oynayır.
Ağalar Vəliyev vurğulayıb ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq və onu təbliğ etmək olduqca vacibdir. Çünki Ulu Öndərin dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir.
Son illər ərzində hörmətli dövlət başçımızın müəlifliyi ilə qazandığımız yüksək nailiyyətlər Ümummilli Liderin arzularının və amallarının həyata vəsiqə alması deməkdir. Heç şübhə yoxdur ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

