Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib
23.10.2013 [10:32]
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə prezident seçkiləri azad, şəffaf və demokratik qaydada keçirildi. Bu faktı seçki prosesini izləyən çoxsaylı beynəlxalq müşahidəçilər də təsdiq edib. Amma maraqlıdır ki, bütün digər beynəlxalq müşahidəçilərdən fərqli olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandakı bu seçkilərə də qeyri-obyektiv münasibət bildirdi. Belə ki, təşkilatın müşahidə missiyasının seçki ilə bağlı ilkin rəyində qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən fikirlərə yer verilib. Amma buna baxmayaraq, adıçəkilən qurumun bu yanaşması seçkilərin şəffaflığına heç bir şübhə yaratmaq iqtidarında deyil. Çünki yüzlərlə beynəlxalq müşhidəçilər də seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini vurğulayıblar. Beləliklə, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə etdi.
Milli Məclisin dünən keçirilən iclasında da ölkəmizdə keçirilən prezident seçkilərinə münasibət bildirilib. Milli Məclisin sədri Oqtay Əsədov qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib: “9 oktyabr prezident seçkilərində xalqımız cənab İlham Əliyevə etimad göstərməklə özünün gələcəyinə, Azərbaycanın inkişafına səs verdi. Bu münasibətlə hamını təbrik edirəm”.
O.Əsədov bildirib ki, Azərbaycan Prezidentinin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi dövlətin qanunverici orqana verdiyi önəmdir. Milli Məclisin sədri seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi deputatların adından təbrik edib.
“Azərbaycanda prezident seçkilərinin azad, şəffaf, xalqın iradəsi əsasında keçirilməsinə bütün dünya şahid oldu”. Bu fikri isə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib. F.Heydərov bildirib ki, seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçilərin izləməsi də dünyanın Azərbaycana olan marağının göstəricisidir. Onun fikrincə, prezident seçkiləri Azərbaycan vətəndaşlarının öz rəhbərinə olan yüksək münasibətini və etimadını nümayiş etdirdi. “Belə bir şəraitdə Azərbaycanda, o cümlədən, dünyada sülhə və sabitliyə, inkişafa mane olan mənfi qüvvələrin rəyini şişirtməyə, onlara istinadən ayrı-ayrı hadisələri müzakirə mövzusu etməyə ehtiyac yoxdur. Biz bu gün fərəh və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı müdrik xalqdır, öz müstəqilliyini dünyanın digər xalqları ilə müqayisədə daha yüksək dəyərləndirir. Azərbaycan istənilən dövlətlə əlaqələrində öz müstəqil mövqeyini təsdiq edib. Qəbul etdiyimiz sənədlərdə onu nəzərdə tutmalıyıq ki, Azərbaycan inkişafdadır, dünyanın nəzər diqqətindədir. İnkişafımıza dünyada sevinənlər çox olsa da, amma gözü götürməyənlər də var. Bu halları şişirtmək lazım deyil. Biz öz yolumuzla getməliyik” - deyə, F.Heydərov vurğulayıb.
Qəzetimizə açıqlama verən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva isə deyib ki, 9 oktyabr prezident seçkiləri bir daha Azərbaycandakı demokratik inkişafın təntənəsini ortaya qoydu: “Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı müdrik, rasional düşüncəlidir və öz iradəsini sərbəst şəkildə ortaya qoymağı bacarır. Bu səbəbdən də, seçki prosesində də, ondan sonra da Azərbaycanın uğurlarına sevinə bilməyən qüvvələrin reaksiyalarını da müşahidə etdik. Lakin istənilən halda yenə də gələcəyi xoşbəxt görmək istəyən Azərbaycan xalqı qalib gəldi”.
S.Vəliyeva bildirib ki, bu il keçirilmiş prezident seçkilərində daha yüksək aktivlik müşahidə olunub: “Bu isə onunla əlaqədardır ki, artıq cəmiyyətimizdə siyasi şüur və siyasi mədəniyyət, ümumilikdə, seçki mədəniyyəti yüksələn xətlə inkişaf edir. Eyni zamanda, insanların sosial rifah halının yüksəlməsi və maddi gəlirlərinin artması, məişət problemlərinin azalması cəmiyyətə siyasi proseslərə olan marağı da artırır. Bu mənada cənab Prezident İlham Əliyevin ölkədə reallaşdırdığı demokratikləşmə prosesi öz bəhrəsini verməkdədir. Ümumən vətəndaş cəmiyyətinin inkişaf etməsi, vətəndaş-dövlət münasibətlərinin və ünsiyyətinin keyfiyyət baxımından yüksəlməsi, cəmiyyətdə dövlətə olan inamın artması konseptual olaraq, reallaşdırılan “konsolidasiyalı demokratiyanın” bərqərar olmasını isbatlayır”.
Deputat əlavə edib ki, 9 oktyabr seçkilərindən sonra bütün dünya gördü ki, Azərbaycanda xalq-iqtidar birliyi var, xalqın iradəsi hər şeydən üstündür: “Düşünürəm ki, bundan sonra Azərbaycana qarşı subyektiv hərəkətlər etməyə çalışan qüvvələr ilk olaraq, bu faktı nəzərə alacaqlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

