/ / Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
30.11.2025 [12:43]
Xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.
AZƏRTAC xəbər verir ki, nazir müavini Kasablanka şəhərində yerləşən, ölkənin aparıcı ali təhsil ocaqlarından olan II Həsən Universitetinin müəllim-tələbə heyəti qarşısında “Azərbaycanın xarici və təhlükəsizlik siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
F.Rzayev məruzəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə dair məlumat verib. Növbəti il ölkəmizin Ümumdünya Şəhərsalma Forumu və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı kimi mötəbər tədbirlərə ev sahibliyi edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Mərakeş arasında ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda baş verən son proseslərlə bağlı ünvanlanmış suallar cavablandırılıb.
Nazir müavini səfər çərçivəsində daha sonra Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən 17-ci Beynəlxalq MEDays Forumunda iştirak edib.
Foruma 120 ölkədən 7 minə yaxın nümayəndə qatılıb. Forumun qlobal enerji gündəliyi mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edən F.Rzayev ölkəmizin enerji siyasətinə dair məlumat verib, Azərbaycanın etibarlı tərəfdaş kimi regional və qlobal enerji təhlükəsizliyinə vacib töhfə verdiyini qeyd edib. Çıxışda həmçinin, alternativ enerji mənbələrindən istifadə sahəsindəki əldə edilmiş nailiyyətlərə də yer verilib.
29 noyabr tarixində münaqişələrlə bağlı mövzuya həsr olunmuş panel sessiyasında çıxışında nazir müavini münaqişələrin həlli və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyinə toxunub. Həmçinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, cari ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair məlumat verən F.Rzayev regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52

