Monako knyazı Azərbaycanın Venesiya Biennalesindəki pavilyonunu ziyarət edib
18.10.2013 [09:19]
Monakonun hakim knyazı II Alber Azərbaycanın 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən pavilyonu ilə tanış olub.
Xəbər verildiyi kimi, Azərbaycanın pavilyonu bu il iyunun 1-də Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında “Ornamentlər” devizi altında açılıb. Pavilyonda Azərbaycanın 6 müasir rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Bunutay Haqverdiyev, Fərid Rəsulovun müasir incəsənət nümunələri vasitəsilə milli-mədəni irsimiz təqdim edilir.
Venesiya Biennalesində 2007-ci ildən iştirak edən Azərbaycan hər dəfə fərqli ekspozisiyaları ilə tamaşaçıların marağına səbəb olur. Azərbaycanın builki pavilyonu isə 88 iştirakçı ölkə arasında ilk beşlikdə yer alaraq möhtəşəm pavilyonlar sırasına daxil edilib.
AzərTAc xəbər verir ki, Monakonun knyazı II Alber “Ornamentlər” devizi altında təqdim edilən pavilyonun Azərbaycanın tarixi və mədəni irsi barədə zəngin təəssürat yaratdığını qeyd edərək, bu cür sərgilərin ölkələrin tanıdılması baxımından önəmli rol oynadığını bildirib. Venesiya Biennalesində milli pavilyonlar sırasında yeganə olaraq Azərbaycan sərgisini ziyarət edən knyaz II Alber taxta lövhələrdən hazırlanmış “Ornament” instalyasiyasının, burada Şərq və Qərbin simvollarının dili ilə müxtəlif xalqların mədəniyyətlərinin oxşarlıqlarının və həm də özünəməxsusluqlarının vurğulanmasının tamaşaçıda yaddaqalan təəssürat yaratdığını söyləyib.
Monako knyazı Azərbaycanın artıq qədim tarixi ilə yanaşı, müasir incəsənəti ilə də dünyada tanındığını diqqətə çatdırıb və müxtəlif xalqların bir-birinə daha da yaxınlaşması üçün bu cür layihələrin önəmli olduğunu qeyd edib. II Alber gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Azərbaycanın 55-ci Venesiya Biennalesindəki milli pavilyonu noyabrın 24-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

