Üç qitə bir arada...
22.11.2025 [11:32]
D-8-də Azərbaycana göstərilən böyük etimad
Müstəqil Azərbaycan çoxvektorlu xarici siyasət kursuna malikdir. O cümlədən respublikamız müxtəlif regional və qlobal platformalarda uğurla təmsil olunur. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz sıralarına qatıldığı beynəlxalq təşkilatların fəaliyyətinə davamlı töhfələr verir və onların nüfuzunun, funksionallığının artmasında mühüm rol oynayır.
Azərbaycanın sıralarında yüksək fəallıq göstərdiyi beynəlxalq qurumlardan biri də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Respublikamız bu təşkilatda təmsil olunduğu qısa müddətdə bir sıra uğurlara imza atıb. Dünən Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun keçirilməsi ölkəmizin qurumun fəaliyyətinin genişlənməsinə verdiyi növbəti töhfədir.
İslam səkkizliyi platforması
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard dollar həcmində ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının, ümumilikdə, dünya müsəlmanlarının 60 faizini təşkil edən qurum dünyada İslam səkkizliyi kimi tanınır. İslam səkkizliyinin fəaliyyəti münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, ikili standartlar əvəzinə hüquq bərabərliyi, istismar əvəzinə kooperasiyalar, ikili standartlar əvəzinə hüquq, zülm əvəzinə demokratiya, diskriminasiya əvəzinə hüquqi bərabərlik kimi prinsiplərə əsaslanır.
D-8 ölkələri yeni çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyiblər. Bu məqsəd qəbul olunan qərarlarda da öz əksini tapıb. Təşkilatın dövlət və hökumət başçılarının X sammitində “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd 2020-2022-ci, 2023-2027-ci və 2028-2030-cu illəri əhatə etməklə üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Dünyadakı yeni reallıqlara və çağırışlara uyğun islahatların aparılması İslam səkkizliyinin qarşısına bir vəzifə kimi qoyulub. Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına ünvanladığı məktubunda qurumun kifayət qədər geniş potensiala malik olduğuna diqqət çəkərək vurğulayıb: “1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir”.
D-8-də ilk genişlənmə
Yeni şəraitdə təşkilatın genişlənməsinə də ciddi ehtiyac yaranıb. 2024-cü il dekabrın 19-da D-8-in tarixində əlamətdar hadisə - qurumun ilk genişlənməsi baş verdi. Belə ki, qeyd olunan tarixdə Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan yekdilliklə D - 8-in üzvü seçilib. Xatırladaq ki, ölkəmiz təşkilatda ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı yaranandan bəri ona qoşulan ilk ölkənin Azərbaycan olması məmnunluq doğurur. Çox doğru olaraq bu qərar üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmət və həmin ölkələr arasında böyük dostluğun nümunəsi kimi qiymətləndirilir. D-8 ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. O cümlədən Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Qeyd edək ki, bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. “Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir”, - deyə Prezident İlham Əliyev müraciətində vurğulayıb.
D-8 Media Mükəmməllik Mərkəzinin təqdimatı...
Bakıda keçirilən forum çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin (D-8 Media Excellence Center) təqdimatı keçirilib. Təqdimatı Medianın İnkişafı Agentliyinin Beynəlxalq Əlaqələr və Sənəd Sənəd Dövriyyəsi Departamentinin direktoru Rasim Bağırov D-8 Media Forumu çərçivəsində edib.
Təqdimat zamanı R.Bağırov qeyd edib ki, D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü birliyin yeni üzvü kimi Azərbaycan tərəfindən irəli sürülüb.
Onun sözlərinə görə, mərkəzin məqsədi səkkiz ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, regional və qlobal proseslərin koordinasiyalı şəkildə işıqlandırılması, jurnalistlərin peşəkar səviyyəsinin artırılması və dezinformasiya ilə səmərəli mübarizədir.
Mərkəzin konsepsiyası ilk dəfə 2025-ci il mayın 16-da təqdim edilib, daha sonra İstanbulda D-8 Komissiyasının 49-cu iclasında müzakirə olunub. Bundan sonra milli koordinatorların onlayn formatda iki iclası keçirilib və burada iştirakçı ölkələrin şərhləri və təklifləri nəzərə alınıb. Toplanmış materiallar əsasında Mərkəzin nizamnaməsi hazırlanır və cari media forumunun nəticələri struktur fəaliyyətə başladıqdan sonra ikiillik Fəaliyyət Planına daxil ediləcək.
O məlumat verib ki, Mərkəzin strukturu bütün iştirakçı ölkələrdən milli koordinatorları əhatə edəcək. Onlar Məsləhət Şurası (ACNC) ilə birlikdə strategiya və fəaliyyət istiqamətlərini müəyyən edəcəklər. Əməliyyatlara icraçı direktor rəhbərlik edəcək. Azərbaycan təşəbbüsün müəllifi kimi əməkdaşlıq xərclərini öz üzərinə götürəcək, digər ölkələr isə ayrı-ayrı təşəbbüsləri dəstəkləyə və ya xarici maliyyələşdirmə cəlb edə biləcəklər.
D-8 Media Mükəmməlliyi Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə informasiya mübadiləsi və birgə media layihələri, ixtisasartırma proqramları və təlimlər; analitik tədqiqatlar və nəşrlər; strateji tərəfdaşlıqlar; peşəkar və məsuliyyətli jurnalistikanın dəstəklənməsi; dezinformasiya ilə mübarizə; media sahəsində innovativ texnologiyaların tətbiqi yer alır.
R.Bağırov vurğulayıb ki, forum iştirakçıları platformanın gələcək inkişafının formalaşdırılmasında fəal şəkildə iştirak edir və təqdim olunan bütün təkliflər növbəti iki il üçün Fəaliyyət Planının hazırlanmasında nəzərə alınacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15

