Xilas yolundan yüksəlişə doğru
21.11.2025 [14:46]
YAP-ın tarixi missiyası və 33 illik şərəfli yolu…
Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində yeri, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesindəki rolu əvəzsizdir. Ölkəmizdə siyasi sabitliyin bərqərar olunması və qorunması, demokratik dəyərlərin təkamülü, keçid dövrünü yaşayan Azərbaycanda bazar iqtisadiyyatının möhkəm təməllər üzərində möhkəmlənməsi, Azərbaycan cəmiyyətinin Qərbə inteqrasiyası, siyasi institutların yaradılması və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi dövlətimiz qarşısında dayanan tarixi əhəmiyyətli məsələlərin həllində Yeni Azərbaycan Partiyasının və bu partiyada birləşən insanların rolu əvəzsizdir. Azərbaycan dövlətçiliyinin ən çətin və mürəkkəb bir dövründə təsis olunmuş YAP dünya tarixində çox nadir partiyalardandır ki, yaradıldığından sadəcə 7 ay sonra ölkədə iqtidar başına gəlib.
Artıq o tarixdən bizi 33 il ayırır - YAP-ın yaradılmasının 33 ili tamam olur. Azərbaycan cəmiyyətində böyüyüb formalaşan gənclərin əksəriyyəti bu tarixi ölkəmizin çağdaş inkişaf yolunun fəlsəfi mərhələsi kimi dəyərləndirir. Çünki YAP-ın formalaşdığı 1992-ci il, Azərbaycanın ən ağır sınaqlardan keçdiyi dövr, dövlətçiliyin təməllərinin sarsıldığı, siyasi xaosun hökm sürdüyü bir zaman idi. Bu gün isə 33 il öncə irəli sürülmüş “Azərbaycanın xilası naminə” çağırışın artıq “Azərbaycanın yüksəlişi naminə” böyük bir strateji konsepsiyaya çevrildiyini görürük.
33 illik yol bir dövlətçilik məktəbinin, müasir siyasi mədəniyyətin və dayanıqlı inkişaf modelinin tarixidir. Bu, sadəcə bir partiyanın deyil – bütöv bir ölkənin inkişaf yoludur. Çünki YAP-ın yaranması Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtələrindən biridir – Ulu Öndər Heydər Əliyevin liderliyi, xalqın Heydər Əliyev ətrafında birləşməsi və YAP-ın cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ortaya çıxması ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Bu günün rakursundan baxdıqda Ulu öndərimizin xilaskarlıq missiyasının həm də yeni əsrdəki uğurlarımızın möhkəm təməllərini təşkil etdiyinin şahidi oluruq.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasi xətt gənclərə təhsil, sosial təminat, idman, məşğulluq, innovasiya və startap sahəsində real imkanlar bəxş etdi. Bu gün YAP sıralarında minlərlə gənc var - onların hər biri təkcə siyasi fəaliyyət üçün yox, sosial layihələr, intellektual təşəbbüslər, ictimai debat mədəniyyəti üçün platforma kimi siyasi ideya, siyasi məktəbin ətrafında birləşib. YAP-ın yenilənmə siyasəti gəncləri qərarvermə prosesinə cəlb edir və partiya içində yeni düşüncə tərzi formalaşdırır.
Bəli, Vətən müharibəsini yaşamış, qələbəni görmüş gənclik üçün dövlətçilik dəyəri tamam fərqli bir aura formalaşdırır – indiki gənc nəsil isə qələbələr dövləti olan Azərbaycanın vətəndaşlarıdır, YAP sıralarında birləşən gənclərimiz qələbələr partiyasının üzvləridir. 33 illik yol YAP-ı Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dəyərlərin və ideyaların, Azərbaycançıılıq ideologiyasının strateji konseptual mərkəzi kimi formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın VII Qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var.
Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 750 minə yaxın üzvü olan YAP ötən müddət ərzində özünün məram və məqsədlərini, milli maraqları şərəflə qoruyub, ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013, 2018, 2021) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Həmin qurultaydan sonrakı dövrdə Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi.
Müasir dövrdə, yeni mərhələdə partiya qarşısında duran çağırışlar, həyata keçirilən fəaliyyət həm regional təhlükəsizlik, həm iqtisadi transformasiya, həm də Qafqazda yeni siyasi nizamın qurulması istiqamətində inkişaf etdirilir. Xüsusilə, Azərbaycanın əldə etdiyi Qələbədən sonra yaranan regional reallıqların fonunda gənclərin gələcəyə baxışında mütləq yeni konturlar müəyyənləşib. Bu gün yeni nəsil YAP-ın təkamülünün davamçısıdır. YAP hər zaman yeniliklərə, müasir standartlara əsaslanır – qlobal mühitdə əlaqələrinin genişliyi də bu fikri təsdiqləyir. Nəticə etibarı ilə, 33 il əvvəl səslənən “Azərbaycan naminə!” çağırışı bu gün daha böyük mənaya sahibdir – bu çağırış "Qarabağ Azərabycandır!" nidasının təməl prinsipidir. Sabah üçün isə özündə qalib Azərbaycan naminə yeni yüksəlişi ehtiva edir…
Murad PAŞAYEV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

