/ / Məzahir Pənahov: Müstəqil Mətbuat Mərkəzinin yaradılması təcrübəsi inkişaf etmiş ölkələrdə tətbiq olunur
Məzahir Pənahov: Müstəqil Mətbuat Mərkəzinin yaradılması təcrübəsi inkişaf etmiş ölkələrdə tətbiq olunur
03.10.2013 [10:34]
Qarşıdan gələn prezident seçkilərinin geniş və obyektiv işıqlandırılması məqsədi ilə oktyabrın 2-də “Hilton Baku” otelində yaradılmış Müstəqil Mətbuat Mərkəzinin açılışı olub.
AzərTAc xəbər verir ki, əvvəlcə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərə hazırlığın vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib.
M.Pənahov deyib ki, seçki prosesinin şəffaf təşkili, səsvermənin tam demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb. Əgər kiminsə adı hər hansı səbəbdən seçici siyahısına düşməyibsə, səsvermə günü şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gələrək Konstitusiya hüququndan istifadə edə bilər.
MSK sədri bildirib ki, ümumilikdə respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluq və nümayəndəliklərində 5491 məntəqə yaradılıb. Bu məntəqələrdə 5 milyon 145 minə yaxın seçici öz seçimini edəcək. Səsvermə prosesinin izlənilməsi üçün məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb. Dünyanın istənilən yerindən səsvermə günü MSK-nın internet saytına daxil olmaqla həmin məntəqələrdə prosesi onlayn rejimdə izləmək mümkün olacaq. Bu, artıq beynəlxalq miqyasda Azərbaycan təcrübəsi kimi ad qazanıb və müxtəlif ölkələr bunu tətbiq etməyə başlayıblar.
Seçki prosesinin işıqlandırılmasında jurnalistlərin xüsusi rolunu diqqətə çatdıran M.Pənahov mətbuatın bu prosesdə fəal iştirak etdiyini vurğulayıb.
Bildirilib ki, prezident seçkilərini izləmək üçün 40 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda, prosesi 50-yə yaxın beynəlxalq təşkilatdan 1300-dən artıq müşahidəçi izləyəcək. Beynəlxalq müşahidəçilərin tərkibində təxminən 100-ə yaxın ölkənin nümayəndəsi var.
Yeni yaradılan Müstəqil Mətbuat Mərkəzi barədə məlumat verən MSK sədri deyib ki, həm yerli və xarici KİV nümayəndələri, həm də prezidentliyə namizədlər və onların təmsilçiləri, beynəlxalq müşahidə missiyasının üzvləri buradakı imkanlardan istifadə edərək, mətbuat konfransı keçirə, media üçün açıqlama verə, proses barədə məlumatları paylaşa bilərlər. Yalnız hər hansı problemin yaranmaması üçün istənilən tədbir barədə mərkəzin əlaqələndiricisi əvvəlcədən məlumatlandırılmalıdır. Bundan başqa, namizədlər öz broşürlərini, məlumat materiallarını da mərkəzdə yerləşdirə bilərlər.
Diqqətə çatdırılıb ki, kompyuterlərlə təchiz olunmuş Müstəqil Mətbuat Mərkəzində jurnalistlər yüksəksürətli internetdən istifadə edərək seçki prosesi barədə məlumatları operativ ötürə biləcəklər.
Bildirilib ki, bu cür təcrübə inkişaf etmiş ölkələrdə tətbiq olunur və bu, seçki prosesinin şəffaf işıqlandırılmasında maksimum tələblərə cavab verən səviyyədir.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59

