/ / Mübariz Qurbanlı: Müxalifətin budəfəki mitinqində ötən dəfəkindən 2 dəfə az tərəfdar iştirak edirdi
Mübariz Qurbanlı: Müxalifətin budəfəki mitinqində ötən dəfəkindən 2 dəfə az tərəfdar iştirak edirdi
29.09.2013 [09:58]
“Bugünkü (dünənki - red.) mitinqin keçirildiyi ərazi çoxsaylı insanların yaşayış yeri olmasına baxmayaraq, orada daha az adamın iştirak etməsinin şahidi olduq”. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, mitinqdə səsləndirilmiş fikirlər də oraya toplaşmış insanlara təsiretmə gücündə olmayıb.
“Bildiyiniz kimi, radikal müxalifət avqustun 18-də 20-ci sahədə mitinq keçirdi və o zaman insanlar onlara dəstək vermədiklərini nümayiş etdirdilər. Sentyabrın 22-də İnşaatçılar metrosunun yaxınlığında daha bir mitinq keçirdilər və bu zaman da çox məhdud sayda insan orada iştirak etdi. Rəsmi statistikada 2000 göstərilsə də, jurnalistləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını çıxsaq, yerdə cəmi 1500 insan qalırdı. Məhz, bu qədər sayla mitinq keçirən prezidentliyə namizəd seçkilərdə sıfıra yaxın nəticə əldə etmək haqqında düşünməlidir” - deyə Mübariz Qurbanlı söyləyib.
M.Qurbanlı bildirib ki, mitinqdə iştirak edən Əli Kərimli özü etiraf edib ki, xalq onlara dəstək vermir.
“Dünənki mitinqə çox az adam gəlmişdi. Mitinqdə səsləndirilmiş fikirlər insanlara heç bir təsir etmirdi və oraya toplaşmış insanların yavaş-yavaş dağılışdığını görürdük” - deyə M.Qurbanlı vurğulayıb.
İcra katibinin müavini keçirilmiş mitinqi “sönük siyasi aksiya” da adladırıb.
“Görüntülərdən də görünürdü ki, mitinqdə gənclərin sayı məhdud idi. Milli Məclisə keçirilən seçkilərdə millət vəkilliyinə namizəd şəxs daha çox tərəfdarla mitinq keçirə bilir” - deyə M.Qurbanlı bildirib.
M.Qurbanlı mitinqdə iştirak edənlərin sayı ilə bağlı da bildirib ki, orada 500 nəfər insan iştirak edib.
“Müxalifətin bu dəfəki mitinqində 500 nəfər tərəfdar iştirak edirdi. Orada tərəfdarlarla yanaşı, tamaşaçı, jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər kateqoriyadan olan insanlar iştirak edirdi. Bütövlükdə, müxalifətin budəfəki mitinqində ötən dəfəkindən 2 dəfə az tərəfdar iştirak edirdi” - deyə millət vəkili vurğulayıb.
O, əlavə edib ki, budəfəki mitinqdə də Seçki Məcəlləsinin tələblərinə zidd çağırışlar və fikirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

