Mərkəzi Seçki Komissiyasında veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
28.09.2013 [11:10]
Sentyabrın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) binasında veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə MSK-nın sədri Məzahir Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki prosesində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi ilə bağlı görülmüş işlərlə tanış olublar.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov seçkiyə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 125 dairənin hər birindən MSK-ya optik xətt çəkilib.
İ.Məmmədov deyib ki, seçki məntəqələrində quraşdırılmış veb-kameraların sayı 500-dən 1000-ə çatdırılıb. MSK-nın binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzində daim bu görüntülərə nəzarəti təmin etmək və keyfiyyəti tənzimləmək mümkündür. Seçki günü “Elektron hökumət” portalı və MSK-nın internet səhifəsindən həmin veb-kameralara qoşulmaqla səsvermə prosesini canlı izləmək mümkün olacaq.
Tədbirdə MSK Katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov təqdimatla çıxış edib. Bildirilib ki, MSK-nın veb-saytı yeni dizayn və məzmunda istifadəçilərin istifadəsinə verilib. Burada məlumatlar Azərbaycan və ingilis dillərində sinxron təqdim olunur.
Qeyd edilib ki, seçicilərə göstərilən xidmətlərin bir qrupu elektronlaşdırılmış və “Elektron hökumət” portalına qoşulub. MSK tərəfindən altı xidmət “Elektron hökumət” portalı vasitəsilə seçicilərin istifadəsinə verilib. Seçki günü isə daha üç xidmət seçicilərə təqdim olunacaq.
R.Gülməmmədov diqqətə çatdırıb ki, seçicilər “Elektron hökumət” portalına inteqrasiya olunmuş xidmət vasitəsilə adını, soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi məntəqəni və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə bilərlər. Seçicilər həmin dairənin və məntəqənin yerini xəritə üzərində görmək imkanı da əldə edəcəklər. Həmçinin seçicilər olduqları yeri xəritə üzərində qeyd edərək məntəqəyə gedən yolu müəyyənləşdirə biləcəklər.
Rüfət Gülməmmədov qeyd edib ki, MSK-ya seçici siyahısı ilə bağlı 4915 onlayn müraciət daxil olub. Müraciətlərdən 4560-ı təmin edilib, 355 müraciət isə anonim olduğundan onların təminatı mümkün olmayıb.
MSK-nın sədri Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda seçki prosesinin şəffaf keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Artıq MSK-da müasir İKT sisteminin tətbiqi genişləndirilib. Bütün seçki dairələri və məntəqələr müasir rabitə sistemləri ilə tam təmin olunub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə vurğulayıb ki, səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib, məntəqələr rabitə və informasiya texnologiyaları ilə təchiz olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

