“Azərbaycanda prezidentliyə namizədlərin debat zamanı gərginlik yaratması yolverilməzdir”
21.09.2013 [10:10]
Azərbaycanda prezidentliyə namizədlərin debat zamanı gərginlik yaratması yolverilməzdir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, prezidentliyə namizəd teledebatda çıxış edərkən seçki proqramından, qarşıda duran vəzifələrdən danışmalıdır: “Lakin dünən keçirilən teledebatda bəzi namizədlər seçki proqramına və perspektiv düşüncələr əvəzinə dedi-qodu xarakterli məlumatlara istinad edərək ictimai rəyə təsir göstərmək istəyib, müxtəlif xarakterli şayiələr səsləndirərək onları həqiqət kimi göstərmək istəyirdi. Namizəd Cəmil Həsənli həm birinci, həm ikinci çıxışında prezidentliyə namizəd kimi müxtəlif məsələləri kənara buraxaraq zamanında xarici mətbuatda erməni lobbisinin əli ilə Azərbaycan əleyhinə yazılmış şayiələri təkrarlamaqla məşğul olurdu”.
M.Qurbanlı bunun heç bir effekti olmadığını vurğulayıb və hesab edir ki, debatlarda səbrlilik və təmkinlilik nümayiş etdirilməlidir: “Debatlarda iki dəfə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov çox təmkinli və səriştəli debat forması nümayiş etdirib. Cəmil Həsənlinin təqaüdə çıxması zamanı sənədləri saxtalaşdırması ilə bağlı dediyi fikir tamamilə məntiqlidir. Amma bütövlükdə Əli Əhmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin bir namizəd olaraq platformasından, gördüyü işlərdən bəhs edib. “Milli şura” namizədi isə gətirdiyi bir neçə kağızı göstərərək, müxtəlif məsələləri kənara buraxaraq heç bir əsası olmayan iddialarını sürdürüb”.
YAP İcra katibinin müavini debatların gərginlik həddinə gəlib çatmaması üçün şəxslərə yönələn deyil, onların söylədiyi tezislərə yönələn fikirləri ortaya qoymaq lazım olduğunu deyib: “Cəmil Həsənli müəyyən siyasi etik qaydalarından kənar tezislər səsləndirdi, bu da müəyyən qarşıdurmaya gətirib çıxardı. Bu qarşıdurmanın da olmaması üçün hər bir namizəd orada böyük təmkin və səbir nümayiş etdirməli və ayrılmış vaxtı yalnız seçki ilə əlaqədar məsələlərə həsr etməlidir”.
M.Qurbanlı hesab edir ki, debatda müzakirələr ayrı-ayrı proqram əsasında olmalıdır, namizədlər müəyyənləşdirilmiş mövzular ətrafında, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasət, sosial siyasət, daxili siyasət, milli təhlükəsizlik, müdafiə məsələləri barədə danışmalıdır: “Namizədlər konkret mövzu ətrafında müzakirə aparmalıdır. Dünyada da bu belədir. Biz bunun tərəfdarıq, Əli Əhmədov da çıxışını bu istiqamətdə qurub. Biz normal polemika tərəfdarıyıq. Qarşı tərəf isə normal polemika əvəzinə sistemsiz şəkildə bu prosesin gedişinə mənfi təsir göstərir”.
M.Qurbanlı, həmçinin, əlavə edib ki, artıq dünəndən Yeni Azərbaycan Partiyası prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində öz namizədinin müdafiəsi ilə bağlı kütləvi aksiyaların-mitinqlərin keçirilməsinə start verib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

