/ / Yeni dünya nizamında Azərbaycan: İlham Əliyevin liderliyi ilə sülh və strateji tərəfdaşlıq erası
Yeni dünya nizamında Azərbaycan: İlham Əliyevin liderliyi ilə sülh və strateji tərəfdaşlıq erası
10.08.2025 [18:10]
“Dünya nizamı dəyişir. Burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir.” Bu fikirləri Prezident İlham Əliyev ilin əvvəlində yerli TV kanallara müsahibəsi zamanı səsləndirmişdi.
Tarixdə əvvələ qayıtsaq, Prezident 2024-cü ilin sonlarında bir müsahibəsində ölkəmizə qarşı olan təzyiqlərdən, hədələrdən, qarayaxma kampaniyalarından danışır. Sonda isə vurğulayır ki, biz ümidliyik ki, yanvar ayından hər şey dəyişəcək. Bu, məhz, yanvarın 20-də ABŞ-da dəyişəcək administrasiyanın tarixinə işarə idi. Bu, ölkə başçımızın böyük uzaqgörənlik ilə hədəflədiyi məqsədləri bir mesajla Azərbaycan ictimaiyyətinə çatdırması idi. Prezidentin ABŞ-la bağlı tam 9 ay əvvəl səsləndirdiyi “ümidlər var, ümidlər böyükdür” ifadələri bugün həmin ümidlərin reallaşması ilə nəticələndi.
Yanvarın 7-də Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir daha bu mövzunu şərh edir. Prezident açıq şəkildə bildirir ki, Donald Trampın birinci prezidentlik dönəmində ABŞ–Azərbaycan münasibətləri problemsiz və məhsuldar olub, əlaqələrdə irəliləyiş enerji, təhlükəsizlik və regional əməkdaşlıq kimi sahələrdə özünü göstərib. Prezident müsahibədə əgər hər iki tərəf maraqlı olsa, ABŞ–Azərbaycan münasibətlərinin strateji səviyyəyə qaldırıla biləcəyini bildirmişdi.
Co Baydenin prezidentliyi dövründə Azərbaycan Ermənistan prizmasından qiymətləndirilib və bunun nəticəsində əvvəlki müsbət nəticələr kölgədə qalıb. Bayden-Blinken administrasiyası nankorcasına Azərbaycanın Əfqanıstanda ABŞ missiyasına verdiyi dəstəyi, hərbi kontingent göndərilməsini və logistika dəstəyini unutmuş, “Azadlığı Müdafiə Aktına” 907-ci düzəlişi yenidən tətbiq etmişdi. Bütün bunlar soyuq münasibətin və ədalətsiz yanaşmanın nəticəsi idi. Bu gün isə Prezident Trampın ABŞ hökumətinin Azərbaycana birbaşa yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı dövlət başçımıza, Azərbaycan xalqına qarşı bir jesti idi.
Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra ölkəmizlə münasibətlərin inkişafı üçün yeni qapılar açıldı. Hazırda isə ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Məhsuldar və “qarşılıqlı fayda” prinsipinə əsaslanan əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəlilədi. Cümə günü Ağ Evdə imzalanan“ Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.
Vaşinqton səfərinin ikitərəfli münasibətlərin inkişafından başqa, digər mühüm uğuru Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması oldu. Sülhün təşəbbüskarı və sülh müqaviləsinin müəllifi olan Prezident İlham Əliyevin prosesin əvvəlindən bəri diktə etdiyi və irəli sürdüyü müqavilənin qalan iki şərti də qəbul olundu. Müqavilə mətni sabah ictimaiyyətlə bölüşüləcək. Bununla da, ATƏT-in Minsk qrupu tarixə qovuşur. Bundan sonra isə, qısa zamanda reallaşacaq Ermənistan Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi qalır. Bu dəyişiklikdən sonra isə Sülh müqaviləsi imzalanacaq.
Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılacaqdır, açılmalıdır” diktəsi də reallaşır. ABŞ Zəngəzur dəhlizinin fəaliyyətinin zəmanətində rol oynayacaq. Bu, Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcıdır. Cənab Trampın şəxsən bu rolu öz üzərinə götürməsi, Vaşinqtonun təhlükəsiz və açıq nəqliyyat əlaqələrini dəstəkləməyə hazır olması, regionun sabitləşməsinə, yenigeosiyasi və geoiqtisadi reallıqların gəlməsi deməkdir. ABŞ-ın iştirakı ilə nəhəng bir layihə icra olunacaq. Təbii ki, İranın bu qərara qarşı həzmsizliyi artıq özünü biruzə versə belə, bu, prosesə təsir etməyəcək. Çünki İran tərəfinin yanaşması həmişə bundan ibarət olub ki, onun sərhədlərində ikinci bir dövlətin təmsilçiliyi olmasın. Amma İran Avropa İttifaqının “mülki” adı altında hərbi kəşfiyyat missiyasının İran-Ermənistan sərhədində də “binokullu” səyahətlərinə səsini çıxarmadı. Burdan da, anlaşılır ki, İranın ittihamları birtərəfli qaydada Azərbaycana yönəlmiş ittihamlardır və əsassızdır.
Beləliklə, ölkəmizə zəfərləri gətirən Prezident İlham Əliyev bu dəfə də regionumuza sülhü gətirdi. Azərbaycan dövlət başçımızın güclü siyasi rəhbərliyi ilə son 80 ildə tam və mütləq qələbə qazanan ölkə olaraq tarixə düşdü. Regionda 200 ildən artıq hökm sürən diplomatik balans dəyişdi. Cənubi Qafqaz üçün yeni yol xəritəsi kodları – sülh, sabitlik və rifahdır.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

