/ / Ukrayna mediası Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışına geniş yer ayırıb
Ukrayna mediası Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışına geniş yer ayırıb
20.07.2025 [12:25]
Ukrayna mediası iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışını, jurnalistlərin suallarına cavabını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Qordon” nəşri, “Korrespondent”, “Tsensor” informasiya agentlikləri, xəbər portalları və Ukraynanın digər media orqanlarında Azərbaycanın dövlət başçısının fikirləri dərc edilib.
Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulmasına dair fikirləri yer alıb. Dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan 7 aydır Rusiya tərəfdən heç bir aydın cavab almayıb. Azərbaycanın baş prokuroru Rusiya Təhqiqat Komissiyasına sorğular göndərir, lakin cavab olaraq yalnız “istintaq davam edir” ifadəsi alınır. Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət etmək niyyətindədir. Məqalələrdə yazılır ki, Prezident İlham Əliyev Malayziya “Boeing”inin qəzaya uğraması ilə bağlı araşdırmanın 10 ildən artıq davam etdiyini də xatırladıb. Azərbaycan da nə qədər lazımdırsa, gözləməyə hazırdır. Azərbaycan təqsirin etiraf edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, həlak olanların ailələrinə təzminat ödənilməsini və AZAL-a dəymiş ziyanın ödənilməsini tələb edir.
Ukrayna mediası, həmçinin Azərbaycanın işğalda olan ərazilərinin müharibə yolu ilə azad edilməsinə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dair fikirlərinə yer ayırarkən yazıblar ki, Prezident İlham Əliyev Ukraynaya heç vaxt işğalla razılaşmamağı məsləhət görüb.
“İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”, - deyə məqalələrdə Prezident İlham Əliyevin çıxışına istinadla yazılır.
Məqalələrdə dövlətimizin başçısının birinci Qarabağ müharibəsi dövrünün Azərbaycan üçün çox ağır, faciəli və çoxsaylı qurbanların olduğuna dair fikirləri də qeyd edilib.
“Münaqişəsonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.
Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi.
... Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi.
...Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq”, - deyə Ukrayna mediası Azərbaycan Prezidentinin fikirlərinə istinadla yazıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

