/ / Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu keçirilir
Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu keçirilir
03.09.2013 [09:21]
Sentyabrın 2-də Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Forumun plenar iclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun moderatorluğu ilə keçib.
Elnur Aslanov bildirib ki, dünyanın 21 ölkəsinin dövlət qurumlarından, beyin mərkəzlərindən, elmi-tədqiqat institutlarından, universitetlərindən 70-dən artıq nümayəndənin iştirak etdiyi Forum alimlərin, rəsmi şəxslərin, beynəlxalq ekspertlərin səmərəli fikir mübadiləsi baxımından əhəmiyyətlidir.
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Forumda məruzə ilə çıxış edib.
Novruz Məmmədov müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, dinamik iqtisadi inkişafdan, xüsusilə də ölkəmizin xarici siyasətdəki uğurlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, XXI əsrdə dünyada bir çox problemlərin yaşandığı dövrdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan mürəkkəb geosiyasi regionda öz inkişafını, sabitliyini, təhlükəsizliyini təmin edə bilib. Məlumdur ki, hazırkı dövrdə bütün bunlara nail olmaq çox çətin məsələdir. Respublikada ölkənin maraqlarına cavab verən zəruri addımları atılıb, vətəndaşlarla qarşılıqlı anlaşma yaradılaraq bütün sahələrdə uğurlar qazanılıb və Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan vaxtilə yardıma ehtiyacı olan bir ölkədən donor dövlətə çevrilib. Azərbaycan hazırda başqa dövlətlərə investisiya yatırır, humanitar yardımlar göstərir.
Novruz Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 50 ölkəsi sırasındadır. Son 10 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə artıb, bir milyon 200 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. Bütün bunlar ölkədə əhalinin rifahının yüksəlməsindən, iqtisadiyyatın dinamik inkişafından xəbər verir.
Prezident Administrasiyası rəhbərinin müavini diqqəti Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlara yönəldərək qeyd edib ki, enerji təhlükəsizliyi son illərdə dünyanın ən mühüm məsələlərindən birinə çevrilib. Bu istiqamətdə gedən proseslər bəzən dünyada cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycan enerji layihələrini tərəfdaşları ilə birlikdə həyata keçirilir. Lakin məlumdur ki, Azərbaycanın təşəbbüsü və iştirakı olmadan bu layihələrin heç birini reallaşdırmaq mümkün deyildi. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən mühüm dövlətdir.
Azərbaycanın uğurlu xarici siyasətindən danışan Novruz Məmmədov bildirib ki, bu sahədə əsas prinsiplər qonşularla mehriban münasibətləri və bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Bildirilib ki, bu gün Azərbaycanın 57 ölkədə səfirliyi, 10 baş konsulluğu, 20 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarla uğurla əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində ən böyük nailiyyət isə ölkənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Administrasiyası rəhbərinin müavini təəssüflə qeyd edib ki, problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, heç bir irəliləyişə nail ola bilməyib. Bu isə Azərbaycanın qarşısında cavab axtarılması tələb olunan suallar doğurur. N.Məmmədov deyib: “Beynəlxalq aləmdə gedən proseslərə nəzər saldıqda görürsən ki, son 5-6 ildə dünya ictimaiyyətinin ən çox bəhs etdiyi məsələ qlobal iqtisadi böhrandır. Lakin bu gün dünyada daha bir böhran hökm sürür - beynəlxalq hüquq böhranı. Məhz bu böhran digər böhranların da baş verməsinə gətirib çıxarır. Təəssüf ki, beynəlxalq hüquqda ədalət prinsipi pozulur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe nümayişini görə bilmirik. Azərbaycanın Avropa İttifaqı, ATƏT, NATO kimi qurumlarla yüksək səviyyəli əməkdaşlığına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələrdən irəli gələn tələblər yerinə yetirilmir. Bu da beynəlxalq hüquq böhranın göstəricisidir. Beynəlxalq hüquq böhranı isə ciddi narazılığa gətirib çıxaran ən böyük böhrandır”.
Prezident Administrasiyanın rəsmisi vurğulayıb ki, cəmiyyət inkişaf etdikcə ölkələr daha sivil olmalıdır, onların arasında bir-birinin münasibətlərini tənzimləməsi mexanizmi daha uğurla işləməlidir, lakin təəssüf ki, bu gün bunu görmək mümkün deyildir.
ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman dünyada gedən siyasi proseslərdən, Azərbaycanın region, bütövlükdə Avropa üçün əhəmiyyətindən, ABŞ ilə əlaqələrinin inkişafından, xüsusilə də ölkəmizin uğurlu enerji siyasətindən bəhs edib.
Corc Fridman bildirib ki, Avropa ilə Asiyanın qovuşuğunda önəmli geostrateji mövqeyə malik olan Azərbaycan uğurlu balanslaşdırılmış xarici siyasət yürüdür. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev o vaxt bir çox ölkə rəhbərlərindən fərqli olaraq dünyanın dəyişdiyini yaxşı başa düşürdü və siyasətini də məhz buna görə qururdu. Təqdirəlayiq haldır ki, bu gün həmin siyasət uğurla davam etdirilir.
Amerikalı alim diqqətə çatdırıb ki, iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə xüsusi önəm verən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. O, həmçinin vurğulayıb ki, Azərbaycan artıq Avropanın bir hissəsinə çevrilib və təkcə bu qitə üçün deyil, bütün dünya üçün xüsusi önəmə malik bir dövlətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov öz çıxışında Azərbaycanın tolerantlıq modeli, ölkəmizdə multikulturalizmə verilən önəm haqqında danışaraq bildirib ki, bu tolerantlıq ənənələri beynəlxalq münasibətlər sistemində mühüm yer tutur.
Komitə sədri dini tolerantlığın tarixi kökləri və dövlət-din münasibətləri barədə Forum iştirakçılarına məlumat verərək deyib ki, Azərbaycanın dünyaya örnək ola biləcək nadir tolerantlıq modelinin əsasında xalqın zəngin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı, dövlətin qarşılıqlı hörməti və anlaşmanı təşviq edən siyasəti dayanır. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir.
E.İskəndərov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT və UNESCO-nun birgə imzaladığı memorandum əsasında Azərbaycanda Milli Tolerantlıq Mərkəzi yaradılıb. Bu mərkəzin fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrini tədqiqinə, bu işə xarici mütəxəssislərin cəlb olunmasına şərait yaratmağa yönəlib.
Komitə sədri, həmçinin Azərbaycanın tolerantlıq modelinin bütün dünyada daha geniş təbliğinin zəruriliyini vurğulayıb və diqqətə çatdırıb ki, yaxın vaxtlarda həm BMT-nin, həm də UNESCO-nun baş qərargahlarında, eyni zamanda Avropa Parlamentində “Azərbaycan tolerantlıq məkanı” mövzusunda fotosərgi və konfransların keçirilməsi planlaşdırılır.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski öz məruzəsində diqqəti Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və əsas aktorlardan biri kimi qəbul edilməsinə yönəldib. Bildirilib ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, səriştəli xarici siyasət nəticəsində Azərbaycan son 10 ildə qlobal proseslərin fəal iştirakçısına çevrilib. S.Çernyavski ölkəmizdə iqtisadiyyatın və nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini xüsusilə vurğulayıb. O, həmçinin Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət yetirilməsinin, neftlə çirklənmiş ərazilərin təmizlənməsinə dair dövlət proqramlarının həyata keçirilməsinin, yaşıllaşdırma və abadlıqla bağlı böyük işlərin görülməsinin təqdirəlayiq olduğunu söyləyib. Rusiyalı alim Azərbaycanda gənclərin inkişafı, məşğulluq probleminin həlli istiqamətində görülmüş işləri yüksək qiymətləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan S.Çernyavski problemin sülh yolu ilə həlli istiqamətində heç bir nəticə əldə olunmamasından təəssüfləndiyini bildirərək qeyd edib ki, bu gün Azərbaycan dövləti münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş bir milyondan artıq insana külli miqdarda vəsait sərf edir. Torpaqların uzun müddətdən bəri işğal altında qalması isə xalqın yaddaşında sağalmayan yaraya çevrilib.
Sonra suallar cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

