“Diplomatic World Sweden” saytı “Baku Energy Forum”u barədə məqalə dərc edib
07.06.2025 [17:28]
“Diplomatic World Sweden” saytında iyunun 2-4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Baku Energy Forum”un 30 illiyinə həsr olunmuş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, nəşr Azərbaycanın dağıdılmış postsovet respublikasından Avropanın əsas enerji tərəfdaşına çevrilməsinin təsirli transformasiyasını vurğulayır.
Prezident İlham Əliyevin çıxışının tədbir iştirakçılarında güclü təəssürat yaratdığı qeyd olunur. Dövlət başçısı ötən əsrin 90-cı illərinin əvvəlində ölkədəki vəziyyəti “inflyasiya 1000 faizə çatırdı, hər yerdə yoxsulluq hökm sürürdü, yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı” sözləri ilə xarakterizə etdiyinə görə, sonrakı transformasiyaların miqyası daha heyrətamiz görünür.
Lakin strateji qərarlar və siyasi iradə sayəsində ölkə böhrandan çıxa bildi və davamlı inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. 2023-cü ildə tədarükün həcmi 25 milyard kubmetr təşkil edib və 2030-cu ilə qədər ölkə ixrac gücünü daha 8 milyard kubmetr artırmağı planlaşdırır.
Eyni zamanda, bərpaolunan enerji sektoru fəal inkişaf edir: 6,5 giqavatlıq yeni mənbələr yaradılır ki, bu da ölkənin ümumi enerjisinin təxminən 35 faizini təşkil edəcək.
Məqalədə Cənub Qaz Dəhlizinə - Xəzər dənizini Avropa bazarları ilə birləşdirən 3500 kilometrlik infrastruktura xüsusi diqqət yetirilir. Bu layihə təkcə mühəndislik nailiyyəti deyil, həm də geosiyasi sıçrayış kimi xarakterizə olunur.
Materialda vurğulanır ki, Azərbaycan təkcə karbohidrogen tədarükçüsü deyil, həm də günəş və külək enerjisinə fəal investisiya yatıran novatordur. Xəzər dənizində külək enerjisinin potensialı artıq Finlandiya və Norveçin aparıcı şirkətlərinin marağına səbəb olub. Onların iştirakı humanitar motivlərlə deyil, ölkənin texnoloji və investisiya potensialının tanınması ilə bağlıdır.
Nəşr yekunda qeyd edir ki, Azərbaycan Avropanın enerji arxitekturasında möhkəm mövqeyə sahib olub, sadəcə trendləri izləyən deyil, həm də gündəmi formalaşdıran etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın nümunəsi strateji təfəkkürün, uzaqgörənliyin və davamlı inkişafa sərmayənin bir ölkəni necə dəyişdirə və onun beynəlxalq arenada mövqeyini möhkəmləndirə biləcəyinə dair bir örnəkdir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

