Qardaş dövlətlər çiyin-çiyinə...
30.05.2025 [10:45]
Azərbaycanın milli maraqlar üzərində qurulan və çoxvektorlu səciyyə daşıyan xarici siyasət kursunda Türkiyə və Pakistanla əlaqələrin dərinləşməsi ayrıca bir xətt kimi diqqət çəkir. Artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərə istinadən bu ölkələri üç qardaş kimi səciyyələndirə bilərik. Prezident İlham Əliyev Laçında Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl etdiyi çıxışında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.
Çətin günlərin dostları
Azərbaycan, Türkiyə və Pakistan münasibətləri tarixdən gələn ənənələrə, oxşar milli-mənəvi dəyərlərə əsaslandığı üçün keçici deyil, əbədiyaşardır. Üç ölkənin müxtəlif məsələlərdə bir ailə prinsipindən çıxış etmələri son dərəcə sevindirici və qürurvericidir. “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”, - deyə Prezident İlham Əliyev bildirib.
Əsl dost dar gündə tanınar, deyiblər. Türkiyə və Pakistan da ən çətin məqamlarda, həssas dönəmlərdə ölkəmizin yanında olduqlarını birmənalı şəkildə nümayiş etdirirlər. İndiyədək Azərbaycan və Türkiyə onlara edilən xain hücumlara həmişə birlikdə cavab veriblər. Azərbaycan olmayanda Türkiyə, Türkiyə olmayanda Azərbaycan cəsarətlə qabağa duraraq haqqın, ədalətin, dost mənafeyinin müdafiəsinə qalxıblar. Qardaş ölkə, öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan respublikamıza 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən siyasi-mənəvi dəstək göstərib. Rəcəb Tayyib Ərdoğan bəhs olunan konsertdən əvvəl etdiyi çıxışında qardaş ölkənin gələcəkdə də Azərbaycanın yanında olacağının mesajını verib. “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq”, - deyə Türkiyənin dövlət başçıı vurğulayıb.
Qardaş Pakistan da oxşar mövqedən çıxış edir. Bu ölkə də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alır. Pakistan da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə davamlı dəstək verib. Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələrdən biridir. Artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Türkiyənin və Pakistanın belə davranışları əsl qardaşlıq mövqeyidir.
Azərbaycanın qardaş dəstəyi...
Öz növbəsində Azərbaycan da ən müxtəlif məsələlərdə qardaş ölkələrə öz dəstəyini göstərir. Azərbaycan dövləti və cəmiyyəti ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri əsassız ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək.
Qardaş Türkiyə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə dəhşətli terror hadisəsi ilə silkələndi. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.
Türkiyədə 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla baş verən dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, ölkə böyük dağıntılara məruz qalıb. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyəyə yardıma tələsib və bu yardımı indi də davam etdirir.
Ölkəmiz oxşar məzmunlu yanaşmanı qardaş Pakistana münasibətdə də sərgiləyir. Məlumdur ki, ərazi problemi ilə həmçinin Pakistan da üzləşib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.
Bir qədər bundan əvvəl Hindistanla Pakistan arasında yaşanan gərginlik də ölkəmizdə böyük narahatlıqla izlənildi. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bir neçə bəyanat yayıb və ölkəmizin birmənalı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırb.
Azərbaycanın qardaşlıq dəstəyi təbii ki, Pakistan dövləti və cəmiyyəti tərəfindən yüksək dəyərləndirlir. “”Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”, - deyə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl etdiyi çıxışında bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

