/ / Misirdə yaşayan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər
Misirdə yaşayan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər
20.08.2013 [09:01]
Xəbər verdiyimiz kimi, Misirdə baş verən hadisələrlə əlaqədar bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən respublikamızın Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə təlimat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus təyyarə avqustun 18-də Bakıdan Qahirəyə yola düşüb.
AzərTAc xəbər verir ki, Misirdə yaşayan, işləyən və təhsil alan 48 Azərbaycan vətəndaşını gətirən FHN-ə məxsus təyyarə avqustun 19-da saat 14:20-də Bakıda yerə enib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarəni Azərbaycanın fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və digər şəxslər qarşılayıblar.
Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov jurnalistlərə bildirib ki, Misirdə yaranmış gərgin şəraitlə əlaqədar Prezident İlham Əliyevin təlimatı əsasında avqustun 18-də xüsusi təyyarə Azərbaycan vətəndaşlarının Misirdən təxliyə olunması üçün Qahirə şəhərinə gəlib.
Ölkədə fövqəladə vəziyyət rejiminin olduğunu bildirən Rafael Bağırov deyib ki, axşam saat 19:00-dan səhər saat 6:00-dək komendant saatıdır. Buna baxmayaraq, biz çətinliklə də olsa, vətəndaşlarımızı aeroporta yığa bildik. Şükürlər olsun ki, sağ-salamat gəlib ölkəmizə çatdıq. Bakıya gələn təyyarədə ümumilikdə 48 Azərbaycan vətəndaşı var.
O, deyib ki, səfirlik hazırda Qahirədə fəaliyyətini davam etdirir. Səfirlikdə “qaynar xətt” telefonları da elan olunub və açıqdır. Azərbaycan vətəndaşlarından orada qalanlar var. Misirdə qalan digər vətəndaşlarımızın da hissə-hissə gətirilməsi nəzərdə tutulub. Həmin vətəndaşlar səfirliyə müraciət etdikcə onların da ölkədən çıxarılmasına yardım göstəriləcək.
Müşavir vurğulayıb ki, vətəndaşlarımızın böyük əksəriyyəti yay mövsümü olduğu üçün artıq Azərbaycana dönüb. Misirdə qalan vətəndaşlarımızın bir qismi isə bu ölkə vətəndaşları ilə nikahları olanlardır.
Misirdən təxliyə olunanlar onlara göstərilən diqqət və qayğıya, eləcə də görülən təhlükəsizlik tədbirlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

