Siyavuş Novruzov: Putinin Bakıya səfərinin prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur
14.08.2013 [09:11]
“Azərbaycan və Rusiya prezidentlərinin Rüstəm İbrahimbəyovun məsələsini müzakirə edəcəyi barədə fikirlər ancaq gülüş doğurur”
“Milli şura”nın Təşəbbüs Qrupu tərəfindən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi tamamilə qeyri-qanunidir. Ona görə də, sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunsa da, qeydə alınmayacaq, imza vərəqələri verilməyəcək”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, MSK Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq R. İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədləri qəbul etməlidir: “Bundan sonra Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə uyğun olaraq ikili vətəndaşlıq, digər ölkə qarşısında öhdəliklər məsələsinə baxılacaq. Buna baxıldıqda onun namizədliyi qeydə alınmayacaq, qanuna uyğun olaraq imza vərəqələri verilməyəcək. Rüstəm İbrahimbəyovun göstəriciləri Azərbaycan Konstitusiyasına ziddir. Bu baxımdan da o sənədlərini MSK-ya təqdim etsə də, digər ölkə vətəndaşlığından çıxmayana qədər namizədliyi qeydə alına, imza vərəqələri verilə bilməz”.
YAP funksionerinin sözlərinə görə, R.İbrahimbəyov əslində “Milli şura”nın namizədi deyil: “Onlar cəmiyyətə düzgün olmayan informasiya sırımaq istəyirlər. Çünki İbrahimbəyov “Milli şura”nın yox, “Milli şura”dakı təşəbbüs qrupunun - bir qrup insanın irəli sürdüyü namizəddir. Əslində, “Milli şura”nın özünün də namizəd irəli sürmək səlahiyyəti yoxdur, ona görə təşəbbüs qrupu yaradılıb. “Milli şura” qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatıdır. Belə qeyri-hökumət təşkilatı isə namizəd irəli sürə bilməz. Seçki qanunvericiliyinə görə namizədi ya siyasi partiya, ya da namizəd öz təşəbbüsü ilə irəli sürə bilər”.
S.Novruzov R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması prosesinin sürətlənməsinin prezident Vladimir Putinin Bakı səfərinin nəticəsindən asılı olması ilə bağlı fikirlərə də toxunub: “Bütün bunlar Rüstəm İbrahimbəyovun və onun ətrafındakı beş-on nəfərin dəyərinin artırılması məqsədi ilə ortaya atılmış dezinformasiyalardır. Çünki bu səfər çərçivəsində iki dövlət arasında sənədlər imzalanacaq, daha vacib danışıqlar olacaq, dövlətlərarası münasibətlərdən söhbət gedəcək. Rüstəm İbrahimbəyovun məsələsi isə o qədər kiçik predmetdir ki, bu yalnız adi miqrasiya xidməti orqanı səviyyəsində ediləcək söhbətdir. Onun məsələsinin iki dövlət başçısı arasında müzakirə olunacağı barədə fikirlər ancaq gülüş doğurur. Bu, iki prezidentin görüşünün gündəliyinə tamamilə aidiyyəti olmayan bir məsələdir”.
YAP funksioneri V.Putinin uzun fasilədən sonra Azərbaycana məhz prezident seçkiləri öncəsi gəlişinin birmənalı qarşılanmamasına da münasibət bildirib: “Putinin Bakıya səfərinin seçkilərlə heç bir əlaqəsi yoxdur. O, yeni prezident seçilib və seçildikdən sonra müvafiq səfərlər edir. Bu səfərlərdən biri də Azərbaycana edilir”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

