/ / Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramları Texasın nüfuzlu universitetlərinin nümayəndələri üçün təlim proqramına başlayıb
Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramları Texasın nüfuzlu universitetlərinin nümayəndələri üçün təlim proqramına başlayıb
14.08.2013 [09:09]
Azərbaycan Diplomatik Akademiyasının (ADA) İxtisasartırma Proqramları (ADA Executive Programme) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün “Azərbaycanşünaslıq “ adlı təlim proqramına başlayıb.
ADA-nın kommunikasiya departamentindən AzərTAc-a bildiriblər ki, proqramda Texas Universiteti (Austin, Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyuston Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət Universiteti və Texas A&M Universitetinin professor, tələbə və administrativ heyəti iştirak edir.
Avqustun 12-dən başlayan ayın 15-dək davam edəcək proqram çərçivəsində iştirakçılar Azərbaycanın iqtisadi, siyasi və ictimai vəziyyəti, o cümlədən tarix və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.
Proqramın təlimçiləri arasında ADA-nın professor heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək rütbəli nümayəndələri və parlament üzvləri olacaqlar.
Kifayət qədər zəngin və hərtərəfli proqramın gündəliyinə Azərbaycanın regional və xarici siyasət prioritetləri, Dağlıq Qarabağ münaqişəsi, Avratlantik inteqrasiya, enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar mövzularında seminarlar da daxildir.
Təlim çərçivəsində iştirakçılar, eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün müxtəlif şəhər və muzey turlarında iştirak edəcəklər.
Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyevanın verdiyi məlumata görə, 2007-ci ildən fəaliyyətə başlayan ADA-nın İxtisasartırma Proqramları bu günədək 700 azərbaycanlı dövlət qulluqçusu və diplomata, o cümlədən 120 xarici dövlət rəsmilərinə və Bakıda fəaliyyət göstərən 60 şirkətdən 260-dək orta və baş menecerlərə təlim keçib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44

