Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir
27.07.2013 [13:29]
İyulun 26-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, bu münaqişə ölkəmizin ən ciddi problemidir.
Azərbaycan-Aİ münasibətlərinə toxunan Əli Həsənov qeyd edib ki, əlaqələrimiz yüksək səviyyədədir. Uzunmüddətli əməkdaşlığımız çərçivəsində dəyəri 450 milyon ABŞ dollarından çox olan proqramlar həyata keçirilib. Bu proqramlar müxtəlif sahələri, o cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri əhatə edib.
Komitə sədri qonaqlara Azərbaycan Prezidenti İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb. Bildirib ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 150 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilib. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Əli Həsənov vurğulayıb ki, Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilib. Həmçinin işğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilib. Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalıb.
Komitə sədri deyib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev artıq ölkəmizin 2020-ci ilədək strateji istiqamətlərini müəyyənləşdirib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanda insan hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər məsələlər nəzərdə tutulur.
Əli Həsənov deyib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur. Ölkəmizdə xarici investorlar üçün də hər cür şərait yaradılıb. Azərbaycan hər kəs üçün açıq olan bir ölkədir.
Azərbaycana səfəri barədə məlumat verən Filip Lefort bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən qonaq qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür. Bu münaqişə təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir. Münaqişənin qısa müddətdə nizamlanması üçün Aİ kömək göstərməyə hazırdır.
Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42

