Sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda...
23.04.2025 [10:12]
Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir
Çin ilə Azərbaycan bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərini bəyan edir...
Yeni siyasi-iqtisadi nizamın yaradıcı və istiqamətləndirici komponentləri arasında bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, qlobal təhlükəsizliyin təmininə töhfə, regional maraqların müdafiəsi kimi aparıcı ünsürlər xüsusi əhəmiyyət daşıyır. Dövlətlər və təşkilatlar üçün strateji əməkdaşlıq düsturu sayılacaq bu tezislər bütövlükdə geosiyasi mənzərəni aydınlığa qovuşdurur: formalaşan yeni reallıqların “siyasi premyerası” qismində qəbul edilən əməkdaşlıqlar qısa zaman kəsiyində oturuşmuş ikitərəfli əlaqələrə çevrilir və özlüyündə yeni nizamın mühüm bir parçası kimi qəbul olunur. Bu münasibətlər isə paralel olaraq həm siyasi, həm də iqtisadi meyarları ən üst səviyyəyə qaldırır.
Əlaqələrin daha da möhkəmlənməsi üçün münbit şərait...
Etiraf edilməlidir ki, Avrasiyanın mərkəzində yeni nizam strukturlaşması 2020-ci il Vətən müharibəsinin nəticələri ilə aydınlığa qovuşdu. Başqa sözlə, Qərb ilə Şərqi, Şimal ilə Cənubu həm siyasi, həm də iqtisadi tellərlə bir-birinə bağlayan Cənubi Qafqazda Azərbaycanın diqtəsi ilə yaradılan təhlükəsizlik arxitekturası əlaqələrin daha da möhkəmlənməsi üçün münbit şərait yaratdı. Azərbaycanın qazandığı hərbi-siyasi qələbə Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyanın, Çin-Qərb münasibətlərinin, Qlobal Cənubun gələcək perspektivi üçün yol açdı. Daha doğrusu, Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı təhlükəsizlik mühiti Şərq-Qərb tranziti baxımından mühüm yolların aktuallaşması üçün zəmin formalaşdırdı. Bu isə öz növbəsində yeni əməkdaşlıq, yeni əlaqələr və yeni münasibətlər demək idi. Bu gün Azərbaycanın və Çinin timsalında Qlobal Cənubun aparıcı aktorları qarşılıqlı inteqrasiyasının mühüm bir coğrafiyada yeni iqtisadi əməkdaşlıq mühiti üçün nə qədər vacib olduğunu ortaya qoyurlar. Xəzərin şərq sahili ilə qərb sahili arasında əlaqələr geniş anlamda yeni reallıqlara söykənir...
Dünya nizamının birgə dəstəklənməsi əzmi...
Bəli, günümüzün ən mühüm çağırışları məhz əməkdaşlığa və ortaq dəyərlərin bölüşülməsinə hədəflənir - çoxtərəfli platformalarda sıx əməkdaşlıq üçün yaradılan zəmin bəşəriyyətin ümumi problemlərinin həllində açar rolunu oynayır. Qlobal nizamın əsas dayaq nöqtələri isə müasir transformasiyaya uyğun olaraq tənzimlənir - etiraf olunur ki, qlobal problemlərin həllində, beynəlxalq iqtisadi-siyasi əlaqələrin oturuşmasında, hətta ən kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında Qlobal Cənubun rolu artır. Bu gün etiraf edilir ki, beynəlxalq ədalətin səmərəli şəkildə müdafiəsində aparıcı funksiyanı məhz Qlobal Cənub üstlənib. Azərbaycan və Çin isə bu mühüm tabloda özünəməxsus, olduqca vacib, ən əsası isə strateji tərəfdaşlığa söykənən bir konsepsiya nümayiş etdirir. Ötən il Astanada iki ölkə arasında imzalanan Birgə Bəyannamə yeni nizamın nümunəvi əməkdaşlıq dekreti də sayıla bilər - hər iki ölkə çoxtərəfli əlaqələrin qarşılıqlı maraqlarla uzlaşdırılmasının faktoloji sənədləşməsini ortaya qoydu. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, ötən il Astanada biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik: “Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu”.
Dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasət...
Beləliklə, Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması bir daha onu göstərir ki, rəsmi Bakı aparıdığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixlərə söykənir. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfüqlərinin genişlənməsidir. İndiki halda Qlobal Cənubun dünya düzənindəki rolunun artmasına yol açan bu kimi addımlar nəticəsində illər öncə xəyal belə edilə bilməyən məsələlər reallığa çevrilir:
- Zəngəzur xətti ilə “vahid iqtisadi-siyasi yol” predmeti ön plana çıxır;
- Dünyanın iqtisadi - ticari nüvəsinin coğrafi parametrləri dəyişir (bu məsələdə Çin də birmənalı olaraq yeni situasiyanın yanında yer alır);
Azərbaycan apardığı geniş siyasi mahiyyətlə regionda beynəlxalq münasibətlər sistemini oturuşdurur. Bölgənin təhlükəsizlik immuniteti gücləndirilir, qlobal proseslərə müdaxilə imkanları yaranır. Bu amili biz qlobal pandemiya dövründə daha bariz şəkildə görmüş olduq. Azərbaycan həm o dövrdəki TDƏŞ (hazırkı TDT) üzərindən və rəhbərlik etdiyi Qoşulmama Hərəkatının xətti ilə qlobal problemin aradan qalxmasına mühüm dərəcədə dəstək verdi. Bu addımlar isə Azərbaycanın fərdi nüfuzu ilə yanaşı həm regional, həm də qlobal maraqların çarpazlaşma nöqtəsində uzlaşma meyillərini gücləndirir. Bununla da, yeni dövr üçün aktuallıq daşıyacaq əməkdaşlıq platformaları gündəmə gəlir, mövcud olanlar isə gücləndirilir.
Azərbaycanın yaratdığı bu mənzərə həm də ortada olan imkanlardan yararlanmaq üçün fürsət deməkdir. Nəticə etibarı ilə, qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir - beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir. Prezident İlham Əliyev müsahibəsində deyib ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik: “Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-nin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

