Azərbaycanın uğurları və prioritetləri bir daha dünyaya bəyan olundu
17.04.2025 [10:31]
Milli Məclis nümayəndə heyətinin Rumıniyaya səfəri məhsuldar keçib
Bir neçə gün əvvəl Rumıniyanın paytaxtı Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclası keçirilib. İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin başçılığı ilə Milli Məclisin nümayəndə heyəti də iştirak edib.
QDİƏT ilə münasibətlər Azərbaycanın xarici siyasətində diqqət yetirdiyi məsələlərdəndir. Respublikamız qurumun region ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsinə, ümumi problemlərin həllinin tapılmasına verdiyi töhfələri daim yüksək qiymətləndirir. QDİƏT-in Parlament Məclisi isə üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur. Eldar Quliyevin sözlərinə görə, respublikamız QDİƏT PM-nin 13 üzvündən və təsisçilərindən biridir və hazırda bu quruma sədrliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova həyata keçirir.
Azərbaycanın «yaşıl enerji» layihələri davamlı inkişafın parlaq nümunəsidir
QDİƏT PM-nin İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasına gəldikdə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bildirdi ki, iclasda «yaşıl» gələcəyə doğru, Qara dəniz regionunda yeni texnoloji həllər sahəsində səmərəli əməkdaşlıq, «yaşıl enerji»yə keçid, enerji resurslarından düzgün istifadə məsələləri müzakirə olundu. Çıxışında müzakirə olunan məsələlər sahəsində Azərbaycanda görülən işlər barədə məlumat verən Eldar Quliyev eyni zamanda respublikamızın digər siyasi və iqtisadi prioritetləri ilə bağlı mövqeyini komitə iclasının iştirakçılarının diqqətinə çatdırıb.
Eldar Quliyevin sözlərinə görə, Qara dəniz regionu təkcə Avropa və Asiyanı birləşdirmir, həm də innovativ inkişaf və iqtisadi inteqrasiya üçün böyük potensiala malikdir. İclasda “Dayanıqlı gələcək: Azərbaycanın nöqteyi-nəzərindən Qara Dəniz regionunda texnoloji həllər sahəsində əməkdaşlıq” mövzusunda çıxışında gələcək nəsillər üçün davamlı inkişafı təmin etməyə kömək edəcək effektiv həllər tapmaq üçün birlikdə çalışmağın vacibliyini vurğulayan Eldar Quliyev respublikamızda müxtəlif sektorlarda innovasiyaların fəal şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan enerji sahəsində ənənəvi enerji mənbələri inkişaf etdirməklə yanaşı, bərpa olunan mənbələrə də böyük diqqət yetirir. Azərbaycanın «yaşıl enerji» layihələri davamlı inkişafa sadiqliyin parlaq nümunəsidir. «Biz günəş və külək elektrik stansiyalarının yaradılması üzərində işləyirik ki, onlar təkcə şəhərlərimizi elektrik enerjisi ilə təmin etməyəcək, həm də karbon emissiyalarını azaltmağa kömək edəcək. Biz qonşu ölkələri və beynəlxalq təşkilatları davamlı enerjinin birgə inkişafı üçün bu təşəbbüslərə qoşulmağa dəvət edirik» -deyə Azərbaycan nümayəndə heyətinin rəhbərli çıxışında bildirib.
Eyni zamanda Azərbaycan enerji bazarında mühüm oyunçu olduğunu, enerji təhlükəsizliyinin davamlı inkişaf üçün fundamental amil olduğunu deyən Eldar Quliyev “Cənub Qaz Dəhlizi”nin əməkdaşlığın və Avropanın enerji təhlükəsizliyinin təminatının simvoluna çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu qaz dəhlizi iqtisadiyyatları gücləndirməklə yanaşı, həm də tərəfdaş ölkələr üçün yeni imkanlar yaradır.
Zəngəzur dəhlizi Qara dəniz regionu üçün strateji əhəmiyyət kəsb edəcək
İclasda diqqətə çatdırılan digər məsələ Qara dəniz regionu üçün strateji əhəmiyyət kəsb edəcək Zəngəzur dəhlizi ilə bağlı olub. Bu barədə danışan Eldar Quliyev bildirib ki, Zəngəzur dəhlizinin işə salınması Şərqlə Qərb arasında nəqliyyat və logistika əlaqələrinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaradacaq. «Zəngəzur dəhlizi region ölkələri arasında iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Avropa və Asiyaya enerji və malların nəqli üçün mühüm marşruta çevriləcək. Bu, biznes üçün yeni imkanlar yaradacaq, nəqliyyat xərclərini optimallaşdıracaq və çatdırılma müddətlərini sürətləndirəcək. Əminik ki, bu layihə regionumuzda ticarətin və investisiyaların inkişafına mühüm təsir göstərəcək» – deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib.
Çıxışda toxunulan digər məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyi ilə bağlı olub. Sülh sazişi mətni üzərində razılığın əldə olunduğunu deyən Eldar Quliyev eyni zamanda iclas iştirakçılarının diqqətinə çatdırıb ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı, o cümlədən ATƏT-in Minsk qrupu hüquqi baxımdan ləğv edilməlidir. Bildirilib ki, sülh sazişinin imzalanması yalnız regionumuzda çoxdan gözlənilən sülhün bərqərar olmasına imkan verməyəcək, həm də hər iki ölkənin iqtisadi və sosial inkişafı üçün yeni imkanlar yaradacaq. Bununla da əsas diqqət infrastrukturun inkişafına, iş yerlərinin yaradılmasına və vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldiləcək.
Qərbi azərbaycanlıların qayıdışı tarixi zərurətdir
Azərbaycan nümayəndə heyətinin rəhbəri qərbi azərbaycanlılarının doğma yurdlarına qayıdışı ilə də bağlı dövlətimizin mövqeyini bəyan edib, bu konsepsiyanın reallaşmasının tarixi zərurət və ədalət olduğunu diqqətə çatdırıb. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq 200 min nəfərdən artıq azərbaycanlının tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən zorla çıxarıldığını, doğma ev-eşiklərindən didərgin salındığını deyən Eldar Quliyev həmin vaxt soydaşlarımızın görünməmiş vəhşiliklərlə üzləşdiklərini, onlara qarşı insanlığa ləkə olan cinayətlərin törədildiyini bildirib. Qeyd olunub ki, qərbi azərbaycanlıların qayıdışı təkcə humanitar məsələ deyil, bu, həm də tarixi ədalətin bərpasına və xalqlar arasında barışıq və etimad quruculuğuna xidmət edəcək.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, Ermənistanın iclasda iştirak edən nümayəndələri onun çıxışını sakit qarşılayıblar və heç bir etiraz və ya başqa fikir bildirməyiblər.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclası bir daha Azərbaycanın uğurlarının və prioritetlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Bütövlükdə isə QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin Rumıniyaya səfəri çox məhsuldar keçib. Onu da da qeyd edək ki, qarşıdakı dövrdə qurumun Sosial və humanitar siyasət və Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitələrinin də iclasları olacaq. Bütün bunlardan sonra iyun ayında Bakıda QDİƏT PM-nin Baş Assambleyasının plenar iclası keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

