/ / Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının sorğusunun nəticələrinə görə Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçiriləcək
Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının sorğusunun nəticələrinə görə Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçiriləcək
12.07.2013 [14:41]
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda seçildiyi “10 ilin dövlət adamı” mükafatının iyulun 13-də İstanbulda təqdimat mərasimi keçiriləcək.
AzərTAc-ın bu barədə “Ekovitrin”də getmiş geniş məqaləyə istinadən xəbər verdiyi kimi, jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Məqalədə İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurları geniş şərh olunub.
Bildirilib ki, Azərbaycanın neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisinin başa çatdırılması, enerji resurslarının dünya bazarına çıxarılması nəticəsində ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olub.
Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanıb. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatıb. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olub. Ölkədə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşüb. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edib. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılıb.
İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.
Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilib. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib.
Jurnalda qeyd edilib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Ölkədə keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Məhz bu uğurlara görə Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

