Əli Əhmədov: Minsk qrupunun həmsədrləri Moldovalı ombudsmandan nümunə götürməlidir
09.07.2013 [15:29]
“Dağlıq Qarabağ münaqişəsinin ədalətli beynəlxalq rezonansı artıq Ermənistanın sərhədlərini yararaq İrəvanda səslənir. Moldovalı ombudsman Aurelia Qriqoriunun İrəvanda Ermənistanı işğalçı adlandırmasını mən ilk növbədə belə şərh edərdim. Həqiqətən, xanım Aurelia Qriqoriu çox cəsarətli hərəkət edib. Hər şeyi öz adı ilə səsləndirib. Həm də bunu Ermənistanın paytaxtında edib. Mən xanım A.Qriqoriunun cəsarətli hərəkətini hər şeydən əvvəl onun mənəvi qələbəsi sayıram. Bu, cəsarət və ədalətin təntənəsidir. Digər tərəfdən, Moldovalı ombudsmanın cəsarətli addımı bir çox beynəlxalq təşkilatların nümayəndələrinə, üçüncü dövlətlərin siyasətçilərinə xas olan Bakıda azərbaycanlıların, İrəvanda ermənilərin xoşuna gələn bəyanatlar səsləndirmək vərdişinə ölümcül zərbə vurub. Bu zərərli, münaqişənin həllini çətinə salan praktikadan, nəhayət ki, əl çəkilməlidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov yap.org.az saytına bildirib.
Əli Əhmədov qeyd edib ki, xanım A.Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər: “Azərbaycan torpaqlarının işğalını və Ermənistanın işğalçı olduğunu etiraf etmədən münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. 20 illik eksperimentin bir acı nəticəsi də budur. Hörmətli xanım A.Qriqoriu cəsarətli addımını atdı. Növbə Minsk qrupunun həmsədrlərindədir”.
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər xanım Qriqoriunun cəsarətli hərəkətini erməni tərəfin ənənəsinə uyğun olaraq şantajla qarşılayıb” - deyə, vurğulayıb.
Əli Əhmədov İrəvanda ombudsmana təzyiqlər edilməsinin, böhtanlar atılmasının ermənilərin davranış məntiqinə tam uyğun olduğunu bildirib. YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycan ictimaiyyəti, diaspora təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır: “Yeni Azərbaycan Partiyasının gəncləri xanım Aurelia Qriqoriuya dəstək aksiyasına başlayıb. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək”.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

