Kannlılar Azərbaycan incəsənət ustalarının çıxışlarına valeh olublar
09.07.2013 [15:29]
Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Azərbaycan mədəniyyət günləri iyulun 7-də 1945-ci ildə istehsal olunan “Arşın mal alan” filminin nümayişi ilə başlayıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fonduna daxil olan bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab edilir. Digər tərəfdən ölkəmizdə kino sənayesinin tərəqqisinə mühüm töhfə verən bu filmin şöhrəti hələ də yaşayır, xalqımız hər nümayişində “Arşın mal alan”ı sevə-sevə izləyir. Artıq 70 ilə yaxındır ki, ekranlardan düşməyən “Arşın mal alan” çəkildiyi vaxtdan nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirib.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğular nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərib və uzun illər ekranda nümayiş olunan xarici ölkə filmlərinin arasından “100 sevimli film” seçilib. Bu sorğuda “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilib. Bunu şərtləndirən amillər də mühüm tərəfləri ilə diqqəti cəlb edir. Çünki təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox insan tamaşa edib. Film indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub. Budəfəki nümayişin ən böyük özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması idi.
Filmi maraqlı edən amillər arasında aktyor truppasının rolu xüsusi vurğulanmalıdır. Məsələn, “Arşın mal alan” xalq artistləri Rəşid Behbudovun və Lütfəli Abdullayevin kinoda ilk işləridir. Bununla yanaşı, çəkiliş vaxtı istifadə olunan zinət əşyalarından tutmuş ev əşyalarına qədər hər şeyin təbii olması, butafordan istifadə edilməməsi “Arşın mal alan”ın özəlliyini daha da artırır. “Arşın mal alan”a şöhrət gətirən ən böyük amillərdən biri də, əlbəttə ki, Üzeyir bəyin ölməz musiqisidir.
Sonra Kannın məşhur La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
Konsert tamaşaçılarda xoş təəssüratlar yaradıb. Burada Azərbaycanın milli musiqi aləti, xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin əsas çalğı alətlərindən sayılan nağaranın səsini Kann şəhərinə çatdıran “Natiq” ritm qrupu, sözün əsl mənasında, dinləyiciləri valeh edib. Qrup üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndiriblər. Qrupun çıxışı ifaçıların misilsiz enerjisi, dəqiqliyi və peşəkarlığı ilə yadda qalıb və sürəkli alqışlarla müşayiət olunub. Bu alqışlar Azərbaycan mədəniyyətinə verilən ən yüksək dəyər idi.
Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən axşama xüsusi ovqat qatıb. Ümumiyyətlə, Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Beləliklə, Azərbaycan mədəniyyət günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunub.
Mədəniyyət günlərinə bu konsertlə yekun vurulması bir daha nümayiş etdirib ki, Azərbaycan qədim tarixə, rəngarəng mədəniyyətə malik zəngin bir diyardır. Azərbaycan dövləti hər zaman mədəniyyətimizi dünyada tanıtmaq üçün mühüm tədbirlər görür. Bu təqdimatlarda dövlətin apardığı siyasətə daima dəstək olan Heydər Əliyev Fondunun xüsusi rolu var.
Beləliklə, bu istiqamətdə atılan addımlar daha səmərəli nəticələrini verir. Bu gün Azərbaycan nüfuzlu dünya ölkələri arasında öz layiqli yerini tutmaqla yanaşı, dünyada zəngin, təkrarolunmaz mədəniyyətə malik olan bir ölkə kimi tanınır.
Kannda keçirilən Azərbaycan mədəniyyət günləri bir məqamı da sübut edib ki, dünyanın istənilən yerindən olan insanlarla ən yaxşı ünsiyyət vasitəsi mədəniyyətdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

