“Freedom House” müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirən alət rolunu oynayır”
19.06.2013 [01:51]
“Freedom House”un Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən “Keçid dövrü ölkələri-2013” adlı hesabatını şərh edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə bildirib ki, bütün araşdırmalar göstərir ki, “Freedom House” təşkilatı müxtəlif qurumların sifarişini yerinə yetirir: “Bu qurumun maliyyə qaynaqlarına baxın, bu qurumun idarə edilməsinə diqqət yetirin. Bütün araşdırmalar göstərir ki, bu qurum demək olar ki, müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirir”.
M.Qurbanlı qeyd edib ki, ayrı-ayrı qurumlar var ki, onların dünyanın müəyyən bölgələrində məqsədləri olur və məqsədlərinə nail olmaq üçün demokratiya adından bir pərdə kimi, bir vasitə kimi istifadə edirlər: “Freedom House” da bu vasitədə alət rolunu oynayır. Ona görə də, “Freedom House” deyilən qurumun hesabatları birmənalı olaraq qərəzlidir. Biz dəfələrlə adını beynəlxalq qurum qoyan və əslində müxtəlif maliyyə mərkəzlərinin və ya dairələrin sifarişini yerinə yetirən bəzi təşkilatlar barədə fikirlərimizi demişik. Bunlardan biri də “Freedom House”dur. “Freedom House” azad ev mənasını versə də, sözün həqiqi mənasında bu qurum özü azad deyil”.
M.Qurbanlı hesab edir ki, “Freedom House” yalnız Azərbaycana qarşı qərəzli deyil, başqa ölkələrə qarşı da qərəzlidir: “O ki qaldı onun post-sovet məkanındakı ölkələri təsbit etməsi və burada Azərbaycanı hansısa göstəricilərə görə geridə, arxa planda göstərməyə cəhd etməsi, əlbəttə, qəbul edilən deyil, bunu məqbul saymırıq, bunu tam qərəzli hesab edirik və bildirmək istəyirəm ki, “Freedom House”un ekspertləri diqqət yetirsəydilər, Azərbaycanın keçid mərhələsini arxada qoyduğunu çoxdan görmüş olardılar”.
Millət vəkili vurğulayıb ki, o ki qaldı vətəndaş cəmiyyəti məsələsinə, Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi uğurlarla MDB məkanında bəlkə də ən birinci yerdədir: “Bizim ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirən və onu mökəmləndirən həm qanunvericilik bazası var, həm də maddi dəstək var. Hökumət büdcədən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi vəsait ayırır, müxtəlif qrantlar ayırır. Və bunun vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına təkan verib. Azərbaycan qanunları isə bunu daha da möhkəmləndirir”.
Millət vəkili xatırladıb ki, bu günlərdə Milli Məclis “İctimai iştirakçılıq haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.
M.Qurbanlı bildirib ki, bu qanuna kim baxsa, burada vətəndaş cəmiyyətinin tam şəkildə maraqlarının hüquqi baxımdan yüksək səviyyədə təmin edildiyini görə bilər: “Bundan əvvəl də bir sıra qanunlar qəbul edilib. Prezidentimizin bir çox Sərəncam və Fərmanları vardır. Nazirlər Kabinetinin ayrı-ayrı qərarları vardır”.
Millət vəkili qeyd edib ki, əgər “Freedom House” ekspertləri Azərbaycanda bu araşdırmaları aparsaydılar, qanunvericilik bazamıza diqqətlə nəzər salsaydılar, belə açıqlamalar verməzdilər: “Belə açıqlamaların verilməsinin də başlıca səbəbi “Freedom House”un rəhbərliyində duran insanların başqa mənbələrə istinad etməsi, başqa sifarişləri yerinə yetirməsi, bu və ya digər iqtisadi maraqlar naminə hansısa qurumların alətinə çevrilməsidir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

