Azərbaycan 2020-ci ildə inkişaf etmiş ölkələr arasında olacaq
15.06.2013 [09:48]
Prezident İlham Əliyev: Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin
Bu gün Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadi inkişaf nəticəsində əldə edilən gəlirlər isə təbii olaraq sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Hazırda Azərbaycanın dövlət büdcəsi artıq dünya bazarlarında neftin qiymətinin dəyişməsindən asılı deyil. Belə ki, qeyri-neft sektorunun inkişafı, artan valyuta ehtiyatları fonunda neftin qiymətinin azalması Azərbaycanın maliyyə imkanlarına mənfi təsir edə bilməz. Bu fakta təsir edən mühüm amillərdən biri də Azərbaycan Dövlət Neft Fondu tərəfindən (maliyyə imkanlarını sabit saxlamaq üçün) qızılın və ya daşınmaz əmlakın alınması istiqamətində əhəmiyyətli addımların atılmasıdır.
Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. Çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır və ya əksinə siyasi sahədə aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir.
Beləliklə, neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Yəni, Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra biləcək səviyyəyədə strateji valyuta ehtiyatları (46 milyard dollardan çox) var. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Eyni zamanda, Asiya İnkişaf Bankının (AİB) hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in həcminin 130 milyard dollara çatacağı gözlənilir. Bütün bu statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Bütövlükdə, Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 dəfə, qeyri-neft ÜDM-i 2,4 dəfə, büdcə gəlirləri 14 dəfə, strateji valyuta ehtiyatları isə 13 dəfə artıb. İri infrastruktur layihələri həyata keçirilib, xarici borcun həcmi təxminən ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi civarındadır ki, bu olduqca müsbət göstəricilərdir. Ölkəmizin 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatıb. Respublikada bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizədək enib. Müqayisə üçün bildirək ki, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizədək azalıb ki, bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulub. Hazırda Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 114 milyard dolları ötüb ki, bu vəsaitin 51 faizi xarici investisiyaların payına düşür.
Vurğulamaq yerinə düşər ki, 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətə çevrilib. Elə 2009-cu ildən başlayaraq əsas diqqət ölkənin neftdən asılılığının azaldılmasına yönəldilib və son 3 ilin dinamikası aydın şəkildə göstərir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlinib.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Statistika Komitəsinin “Statistika SNQ” adlı bülleteninin 2012-ci ilin noyabr buraxılışında MDB, Avropa İttifaqına (EU-27), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələr, həmçinin Çin, Braziliya, CAR və Hindistan üzrə ümumi daxili məhsul göstəricisinin artım sürətlərinə dair dərc edilmiş məlumatlara görə, Azərbaycan 2001-2011-ci illər ərzində bu ölkələrdən ən sürətlə inkişaf etmiş ölkə olub. Bu illər ərzində ölkənin ümumi daxili məhsulunun həcmi müqayisəli qiymətlərlə hər il orta hesabla 13,5 faiz artaraq 2000-ci ilin səviyyəsini 4 dəfə üstələyib. Ümumi daxili məhsulu 3 dəfəyə yaxın artan Çin dərc olunan reytinqdə ikinci, Qazaxıstan isə 2,4 dəfə artımla üçüncü olub. Bu ölkələrdə ÜDM-in orta illik artımı müvafiq olaraq 10,4 və 8,2 faiz təşkil edib. Beləliklə, sözügedən reytinqdə Azərbaycan ən yaxın qonşusu olan Çini ÜDM-nin orta illik artımına görə 3,1 faiz bəndi qabaqlayıb.
Bütün bu göstəricilər gələcək üçün proqnozların optimist xarakter daşıyacağını deməyə əsas verir. Belə ki, əgər indi ÜDM-in 48 faizi qeyri-neft sektorunun, 52 faizi neft sahəsinin payına düşürsə, 2020-ci ilədək bu göstəricinin müvafiq olaraq 80 və 20 faiz olacağı proqnozlaşdırılır. Bununla da, Azərbaycanda ÜDM-nin formalaşdırılmasında qeyri-neft sektorunun rolunu artırmağı nəzərdə tutan inkişaf strategiyası gələcəkdə Azərbaycan iqtisadiyyatını neft sektoru asılılığından xilas edəcək.
Yeri gəlmişkən, bu fikirlər, “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının layihəsində də öz əksini tapıb: “2020-ci ildə Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olacaq. Azərbaycan əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkana çevriləcək”.
Konsepsiyada 2020-ci ildə ÜDM-in adambaşına düşən həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı, Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi nəzərdə tutulub. Hədəflər sırasında iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəlmək, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması da var. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya rəhbər tutulacaq. Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcək. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olaraq qalacaq. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması hədəflənir.
İyunun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayında çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən islahatlar ölkəmizin inkişaf etmiş ölkəyə çevrilməsinə hesablanıb: “Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır. Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

